Karl Yaspers – “Özünü tanımaq”

Karl YaspersSevdiyim Alman filosoflarından biri olan Karl Yaspersdən çox sevdiyim bir esseni Azərbaycan dilinə tərcümə etdim. Esse həcmcə kiçik olsa da mahiyyətcə çox böyükdür.

Giriş

Tələbənin oxuduğu məkandan təcrid edilməsi mənim qaranqlı qorxuma bənzəyir. Uşaq olanda atamın qaranlıqdan gələn gur səsi məni qorxudar içimdə əcaib hissləri oyadardı. Sanki mən qəfəsdə qorxudan çırpınan bir quş idim. Özümü pəncərədən buraxmaq üçün ümidsiz şəkildə  görünən yola boylanırdım. Özümə ümid verməyi də heç sevmirəm əslində.

Bu gün mən Avropanı başdan-ayağa dolaşan bir səyyaham. Yox-yox. Mən səyyah da deyiləm. Mən ümid çırağı sönən , çırağını alışdırmaq üçün “Od” axtarışında olan insanam. Bir zavallı, bir az əzilmiş bir az təcrübəsiz. Yaxşı ki, yazdığım sətirlər  bu dəftərçədən çölə çıxmayacaq. Mən ancaq “Mən”imlə var olmağı bacaran , dara düşəndə güzgümdəki “Mən”ə baxa bilən adamam. “Eqo”mun yüksəlişi və başqalarından “İyrənmə”yim məni hər kəsin gözündə kiçik düşürür,elə biri deyiləm mən.

Mən indi “Tanrı”nın adının çəkəndə durub düşünürəm. Onunla mənim aramdakı fərqlər və kütlənin ona pərəstiş etmə səbəbi ?! Niyə və ya nə üçün ? Ona pərəstiş əvəzində Tanrı ilə müqavilə imalamaları ağlabatan ola bilərdi amma məncə bu olan iş deyil.

Fransız xalqına “Əxlaqsız” kimi baxırlar. Mənim üçün fransız xalqının öz tərbiyələrinin müxtəlif şəkildə (intim və ya başqa yolla) ifadə etməsi tərbiyəsizlik və ya əxlaqsızlıq yox yalnızca bu xalq içindən “Yeni qəhrəman”nın doğması deməkdir. Özünüz bir baxın. Bizlər cəmiyyətdə iyrəncliyi görürük , amma onu dəyişdirməyə tələsmirik. Çünki kiminsə o iyrənclikdən başqa iyrənclik yaratması bizə sərf eləməsə də həmin o əxlaqsız adama yeni əməllər üçün yeni vasitələr verir.

Yolunu azmış qadınlar , baş ağrısına dərman olan nəşə , əyyaşlıq və eyş-işrət məclisləri. Tələbə ikən dostum mənə bir məsələni nağıl edərdi. Deyərdi ki ,Avropada nəşə uzun müddət qadağan olub. Səbəbini bilirsən ? Mən :

–         Yox , niyə ki ?

Keçmişdə Fars hökmdarları keflərinə düşəndə “Nəşəli qəlyan” çəkib ağıllarına gələni edərlərmiş. Biz də Avropada tütün çəkib özümüzü Fars hökmdarı sanırıq.

Təbii ki , məsələ də bundadır. Məsələ Avropanın özünü həmişə ayrı qitə kimi görməsi , uzun zaman başqa qitələrdən gələnləri təcrid etməsi bizim fəlakətimiz oldu. Qəzetlər bunu yazmır. Onlar saysız-hesabsız sənaye inkişafından , Afrikada aşkarlanan almas daşlardan , Ərəbistan yarımadasında başlarını “muncuq və oyuncaq” la tovladıqları ərəblərdən oğurladıqları neftin dəyərindən , “Azadlıq” adı ilə imperiya ordusunu digər “imperialist” ölkə Rusiyanın üzərinə göndərdikləri xəbərini yazırlar. Biz də həmin Almaniya xalqıyıq ki, bütün bunlara məhəl qoymur Kayzerin portreti və heykəli qarşısında ac qarına təzim edirik.

Etiaf edim ki, anam olmasaydı mən şəxsiyyət kimi yetişməməkdən əlavə bu əcaib dünyada özümü itirəcəkdim. Hər alman ailəsinin yaşadığı klassik ssenari anlayışını və sədləri aşmaq istəyirəm . Bizdə bu səddi aşana pis baxırlar.

–         “Sən katoliksən oğlum !. Sərsəm xəyallardan ayıl. Özün ol. İcazə ver Ulu Tanrı səni hifz etsin !”

Bu sözü həyətimizin yaxınlığındakı kilsənin insanların qulağına bağırırdı. Yenə anam bunların təsiri altında gecələri deyərdi:

–         Heç vaxt düşüncələrinə sənin üzərində hökm etməsinə imkan vermə!

Zavallı qadın. Sadəcə acıyıram.

Mən indi “Ekzesentrializm” cərəyanını dərk etməyə çalışıram. Mən normal insanın qoyduğu hər cür dini,əxlaqi bayreləri aşıb o baryerin arxasında dayanan insanı aşkraladığını görmək istəyirəm. O insanın əsil simasını. Uzun əsrlədir dinin qorxu pərdəsi altında gizlənən insan həqiqi simasını itirib və zamanla əriyib məhv olmuşdur. Bəs bu insanların halına acıyıb ona əl uzadan kim olacaq ?!

Mən yoxsa məhləmizin keşişi ?

Çünki mənim əriyib yoxa çıxmam kiminsə sevincinə , kiminsə kədərinə gətirib çıxarır.Cəmiyyət kədərə qərq olan insanı görmək istəmir. Kefini korlamaq istəmir. İnsan unudar. Ən asan və gözəl bacardığı iş bu deyil məgər?!

Bir də çalışıb o sözün pərdə arxasına baxsaq dünyanın bütün rəzilliyi ətrafa yayılar. Ona görə mən cəhd etməyəcəm. Çünki mən bunu istəmirəm.  Mən kiminsə “Xəyal küpü”nü sındıran insan rolunda olmaq istəmirəm.  Mən tamaşaçıyam. Səhnəyə müdaxilə edə bilmərəm. Mən tam durduğum yerdəyəm. Artıq sıxıldım.

–         Mən GEDİRƏM !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.