Lena Katerina Svanberq – “Mən – Səddamın qadınıyam”

Parisula Lampsosİsveçli jurnalist Lena Svanberqin redaktəsi ilə nəşr edilən Parisula Lampsosun memaurları keçən 3-4 il ərzində Avropada ən çox oxunan kitab olmuşdu. İraq diktatoru Səddam Hüseynin 30 il müddətində məşuqəsi olan yunan əsilli Livan və İraq milyonçusunun qızı Parisula Lampsosu dünya ilk dəfə 2004-cü ildə CNN-nin hazırladığı material ilə tanıdı.

Parisula Lampsos gəncliyini Bağdadın ən elit məhəllələrində keçirmişdi. Həyatda arzu edəcəyi hər şeyə sahib idi. Atası Kiprdən olan və Livanda-İraqda böyük neft mədənlərini idarə edən zəngin iş adamı idi. Bağdadın xristian və erməni məhəllələrində yaşayan gənc Parisula bir gün istəmədən də olsa o zaman 22 yaşlı Səddam Hüseynlə tanış olur. İlk görüşdə qıza vurulan gənc inqilabçı artıq ondan əl çəkmək fikrində deyildi.

Daha sonra hadisələr İraqda monarxiyanın devrilməsi və Səddamın da üzv olduğu “BƏƏS” partiyasının hakimiyyətə gəlməsi ilə kökündən dəyişir. Səddam Hüseyn ölkənin yeganə rəhbərinə çevrilir, amma hələ də gənc məşuqəsini unutmur. Parisula həmin vaxtda artıq evli və uşaqlı qadın olsa bu Səddamı elə də maraqlandırmırdı. Məşuqəsinin ailəsini dağıdan diktator Parisulanı 30 ildən çox Bağdadda öz yanında zorla saxlayır. Bütün bunlara baxmayaraq gənc qadın diktatora səmimi hisslər bəsləyir və onun dəfələrlə güclü və xarizmatik şəxsiyyət olmasından söz açır.

Orijinal kitab isveç dilindədir. Rus dili tərcüməsi olsa da, kitabda təkrarlara çox yer verilib. Kitab Səddam Hüseyn dövründəki İraqı bir qadının gözü ilə görmək üçün yaxşı mənbə sayıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.