Leonid Mleçin – “Soyuq Müharibə”

Tanınmış rus jurnalist – araşdırmaçısı Leonid Mleçinin növbəti kitablarından olan “Soyuq Müharibə” özündə SSRİ-nin 1946 – 1989-cu illərdəki dövrünü əhatə edir. Kitab Potsdam konfransının başa çatmasından həmən sonra cərəyan edən hadisələrlə başlayır. SSRİ-nin Vaşinqtondakı Səfirliyi Moskvaya gələcək təhlükələr haqqında dalbadal xəbərdarlıq məktubları göndərir və MKİ (CİA) casuslarının bütün Avropada fəaliyyətə keçdiklərini bildirir. 

Kitabın müsbət cəhəti 50-60-cı illər Sovet xarici siyasətinin tam əhatə etməsi və dilinin o qədər də yorucu olmamasıdır. Lakin bununla belə kitabda çatışmazlıqlar kifayət qədərdir. Belə ki, Sovet İttifaqının “Soyuq müharibə” dövrünü yaxından tədqiq edən kəslər kitabdakı müəyyən faktların qeyri-dəqiq olduğunu, habelə illərin və ayların səhv verildiyinə diqqət edə bilər.

SSRİ – ABŞ münasibətlərinin erkən dövrlərini öyrənmək istəyənlər üçün kitab yaxşı mənbə hesab edilər bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.