Liam Foks – “Şaha qalxan dalğalar”

9781782067405Bu həftə kitab rəfimdə Böyük Britaniya Birləşmiş Krallığnın keçmiş müdafiə naziri və Parlamentinin üzvü Liam Foksun müəllifi olduğu “Şaha qalxan dalğalar” kitabı var. Kitab Londonda nəşr edilib və mövzu etibarilə dünyada baş verən qlobal hadisələri analiz edir.

I fəsil erkən orta əsrlərin təsviri, yeni imperiyaların formalaşmasını daha sonra İslamın həmin imperiyalarda hakim mövqeyə çatmasını izah edir və bu kontekstdə də müasir dünyamızda olan radikal qruplaşmaların, terror təşkilatlarnın, vətəndaş müharibələrinin və etnik qarşıdurmalarının fəlakətindən bəhs edir.

Kitabın mənfi cəhəti dilinin çox fəlsəfi olması və “real politics” anlayışından uzaq olmasıdır. Hadisələr sanki siyasi aspektdən yox fəlsəfi-psixoloji tərəfdən təsvir edilir ki, təcrübəsi olmayan oxucu üçün bu cansıxıcı ola bilər.

Müsbət cəhəti müəllif erkən orta əsrlər və yeni dövrdə baş verən hadisələri çox səlis şəkildə uzlaşdırmağı bacarıb və rəngarəng bir süjet xətti tuta bilib.

Qlobalistika ilə maraqlananlar üçün yaxşı başlanğı sayıla bilər.