M.Akif Kirecçi – Arab Milliyetçiliği

phpThumb_generated_thumbnailBilkent Universitetinin dosenti Mehmet Akif Kirecçinin qələmə aldığı “Ərəb Millətçiliyi” kitabı Yaxın Şərq regionunu sırf müasir nöqteyi nəzərdən analiz edən bir vəsaitdir.

Kitabda millətçiliyin nəzəri aspektləri və yaranma səbəblərini izah edir, daha sonra millətçiliyin Ərəb dirçəlişi tarixi faktorları ilə müqayisə edir. Kitabda Ərəblərin Osmanlı İmperiyası tərkibinə qatılmalarından, günümüzdəki Ərəb Baharına qədər olan bir dövr əhatə edilib.

Kitabın çatışmayan cəhəti müəllifin hadisələri yalnız öz mövqeyindən görməsi və oxucuya çatdırmasıdır. Ümumilikdə kitab Yaxın Şərqi yeni tədqiq etməyə başlayanlar üçün başlanğıc sayıla bilər.