Milorad Paviç “Xəzər Sözlüyü”

Təzəlikcə böyük serb yazıçısı Milorad Paviçin “Xəzərin Sözlüyü” əsərini oxudum. Azərbaycan variantını. Keçən il bu əsərin ingilis dili variantını oxudum və eyni ilə ləzzət elədi. Eşitdim ki,  “Qanun Nəşriyyatı” da təzəlikcə əsəri yeni versiyada dilimizə tərcümə edib. Gedib maraqlandım.

“Xəzər sözlüyü” Milorad Paviçə dünya şöhrəti gətirmiş romandır. Bu kitabı Xəzər xaqanlığı ilə bağlı tarixi araşdırma kimi də qəbul etmək olar. Bu araşdırma biri-birilə tez-tez əvəz edilən roman-tik rəvayətlər və tarixi süjetlərlə ifadə olunub.

Hadisələr yuxu ilə gerçəkliyin sərhədində dövr edir . Bu da kitabın süjetinə, onun qəhrəmanlarına və onları əhatə eləyən dekorasiyalara müəyyən mənada sürreal məna verir. Bu kitab haqda əsrarəngiz süjetə malikdir demək də, ümumiyyətlə heç bir süjeti yoxdur, demək də olar.

Onu da demək yerinə düşər ki, kitabın iki – həm kişilər, həm də zərif cins üçün yazılmış versiyası var. Versiyalar arasında fərq nəzərə çarpmayacaq dərəcədədi.

“Sözlük” qırmızı, yaşıl, sarı olmaqla üç kitabdan ibarətdir

Qeyd : Kitabın qiyməti 5 AZN. İçərişəhərdə “Akademik Kitab Evi”ndən əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.