Mine Sultan Ünver – “Sultanın Rüyası”

Sultanın Rüyası4 gün öncə İstanbul kitabçılarında yenə hər zamankı kimi göz axtarışındaydım. Əsasən seçdiyim kitablar tarixi , publisistik, oçerk və ya siyasi tarix mövzularında olduğundan digər bölmələrə elə də fikir vermirəm. Bu dəfə tsadüfən gözüm heç eşitmədiyim bir müəllifin kitabına sataşdı.

“Sultanın Rüyası. 17 yüzyıl Osmanlısında hüzünlü bir aşk hikayesi”. Etiraf edim ki, məni cəlb edən ilk öncə kitabın üz qabığı oldu. Daha sonra arxasındakı qısa məlumat. Bir zamanlar Sultan IV Murad və I İbrahim dövrlərinə aid yazılı araşdırmalara aparırdım. Xüsusilə də bu dövr Səfəvi-Osmanlı müharibələrinin yeni dövrü idi. Kitabı 237 səhifədir. 4 günə bitirdim.

Axıcı dili gözəldir. Əski Osmanlı şivəsində yazılıb. Bəziləri dilini anlamaya bilər. Kitabda bəyənmədiyim hissələr Səfəvilərin “İranlı” kimi qələmə verilməsi və əsas rollardan birində Dimitri adlı erməni qayıqçının olmasıdır. Həmçinin erməni millətinin tarixinin qədimliyindən və əzəmətinin mədh edilməsi ayrı bir mübahisə mövzusudur.

Bu haqda artıq müəllifə bir şikayət e-maili da göndərmişəm.

Ümumilikdə əsər maraqlıdır. Siyasi intriqalar üzündən bir birlərini itirən Melek Ahmet Paşa və sevgili zövcəsi Kaya Sultan romanın baş qəhrəmanlarıdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.