Nəcib Məhfuz – “Yeni Qahirə”

1Ərəb dünyasında yeganə Nobel mükafatı laureatı, Misirli yazıçı Nəcib Məhfuzun “Yeni Qahirə” romanının azərbaycan dilinə tərcümə olunması yerli oxucu auditoriyası üçün çox müsbət haldır.

Əsər Qahirə triogiyasına daxil romanlardan biridir. Roman, Qahirə Universiteinin sonuncu kurs tələbələri olan 4 dostun yol ilə gedərkən müzakirələrindən başlayır. Varlı ailədən olan, yaraşıqlı, özünə əmin Əli Taha, daim qaşqabaqlı gəzən, hər şeyə übhə ilə yanaşan və şikayət etməyi sevən Məhcub, İslam uğrunda daim öyrənməyə və öyrətməyə hazır olan Məmun və jurnalistika ilə məşğul olan Əhməd. Ali təhsillərini başa vuran 4 dost dövlət idarəsində vəzifə tutmağa hazırlaşarkən əslində dövlət aparatında olan geri qalmışlığı, süründürməçiliyi gördükdən sonra məyus olur.

Roman, Məhcubun şəxsi faciəsindən, şəxsi uğur yolunda ailəsini, dostlarını həyatından necə asanlıqla sildiyini təsvir edir. Hadisələr getdikcə daha rəngarəng bir hala çevrilir. Dövlət idarəsindəki məmurların əxlaqsızlığı, özbaşınalığı ucbatından məhv olan həyatlar və ümidlər.

Əsərdə təsvir edilən cəmiyyətin obrazı bizə tanış olan obrazdır. Eyni duyğular, istəklər və çatışmayan cəhətlər. Romanı diqqətlə oxuyanlar bunu asanlıqla sezə bilər.

Əsərin tərcüməsi kifayət qədər sadə və səlisdir.