Nəriman Əbdülrəhmanlı – Könül elçisi

Müasir azərbaycan ədəbiyyatının tanınmış yazıçılarından Nəriman Əbdülrəhmanlının qələmə aldığı “Könül elçisi” romanı süjet xəttinə görə və mövzusuna görə çox unikaldır deyə bilərəm. Əsər Səfəvilər Dövlətinin tanınmış dövlət xadimlərindən biri Oruc bəy Bayatın macəra dolu lakin bir o qədər də keşməkeşli Avropa səfarətindən bəhs edir. Şah Abbasın buyruğu ilə İspaniya sarayına xüsusi bir missiya ilə gedən diplomatik heyət 2 il ərzində həyatın çətin sınaqları ilə üz-üzə qalır. 

Macəranın sonunda Oruc bəy daxil olmaqla heyətin demək olar bütün üzvləri Xristianlığı qəbul edərək Avropada qalmağa qərar verirlər. Xristianlıqdakı adıyla Xuan di Persia olan Oruc bəy Bayat sonradan “Xuan di Persianın gündəlikləri” əsərini çap etdirməyə müvəffəq olur. Həmin bu əsər müasir Avropa tarixçiliyinin bu gün də ən dəyərli əsərlərindən biri hesab edilir. 

“Bir uca Allah bilir k, mən heç kəsin qarşısında böyük günah işləməmişəm. Əgər elədirsə o özü şahiddir ki, bunu qəsdən etməmişəm”

Məhz bu gündəliklər də adıçəkilən romanın süjet xəttinin əsasını təşkil edir. Roman yarı tarixi və bir az da romantik cigziləri özündə ehtiva edir. Tarixi janr sevənlərin sevərək oxuyacağı bir romandır.