Nikolay Qrodnenskiy – “Qafqaz münaqişəsi XXI”

10165778_0_Kavkazskaya_voyna_HHI_Nikolay_RrodnenskiyNikolay Qrodnenskiy Rusiyada tarixi – siyasi mövzularda kitablar yazan və kifayət qədər populyar olan ekspertlərdən hesab edilir. 2009-cu ildə nəşr etdiyi “Qafqaz münaqişəsi XXI” kitabı əsasən Rusiyanın 1991-ci ildən bu günə qədər olan xarici və daxili siyasətini təsvir edir. Kitabda Rusiyanın Azərbaycan, Gürcüstan və Avropa Birliyi ölkələri ilə də olan münasibətlərinə toxunulur.

Lakin təbii olaraq, kitab 2008-ci ildəki “Avqust böhranı”na həsr edilib. Rusiyanın Gürcüstanla münasibətlərinin kəskinləşməsi, Qafqazda güclənən ABŞ faktoru, Gürcüstanın NATO-ya inteqrasiyası və s. kimi faktlar.

Növbəti hissələr müharibədən sonrakı iki ölkə arasındakı münasibətlərdən söz açılır.

Kitabda həmçinin Çeçenistan müharibəsinə, Səudiyyə Ərəbistanı və s. kimi ölkələrin Çeçen mücahidlərini gizli və dolayı yolla maaliyələşdirilməsi faktları oxucunun diqqətinə çatdırılır. Ümumilikdə kitabın çatışmazlığı da kifayət qədərdir. Rusiyanın rolunun həddindən artıq qabardılması və Qərb ölkələrinin həddindən artıq tənqid olunması çox güclü hiss edilir.