Pərinuş Sənii – “Mənim payım”

1İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Onun qələmə aldığı “Mənim payım” avtobiqrafik romanı İtaliyanın ən nüfuzlu “Beynəlxalq Bokkaçio” ədəbiyyat mükafatına (2000) layiq görülmüşdür. 

Bir müddət mühacirətdə yaşayan müəllif hazırda bəzi məlumatlara görə yenidən həyatına İranda davam etməkdədir. 

Roman Məsumə (məsum) adlı bir qızın başından keçən olaylardan bəhs edir. Ölkənin ən dindar şəhərlərindən birində – Qumda anadan olan baş qəhrəman ailəsi ilə birlikdə Tehrana köçür. 50-60 cı illərdə Tehran Şah İranının paytaxtı və ən müasir şəhəri hesab olunduğundan Avropa ölkələrinin təsiri burda çox açıq-aydn hiss edilirdi. Məhz buna görə Məsumənin ailəsi Tehrana müəyyən tərəddüdlərlə gəlir və qızlarının Tehranda çox tez abır-həyadan məhrum olacağını düşünürdülər. 

Qardaşlarının və anasının etirazına baxmayaraq, Məsumə atasının razılığı ilə Tehranda məktəbə başlayır və sinfinin ən ən çalışqan şagirdi kimi ad çıxarır. Qardaları Əhməd, Mahmud, Əli hər vəchlə ona fiziki və psixooji təzyiqlər göstərir və onu təhqir etməkdən çəkinmirdilər. Hər 3 qardaş romanda dini irticaçılığın və mövhumatçılığın simvolu olaraq təsvir edilirlər. Məsumə öz şux-şıltaq rəfiqəsi Pərvanə ilə birlikdə vaxtını keçirir. Pərvanə varlı bir ailənin qızıdır və qəti şəkildə başını örtməkdən imtina edir. Saçları açıq şəkildə Tehranda gəzir və bu da Məsuməni heyrətləndirirdi. 

Romanın növbəti əsas qəhrəmanı əczaçılıq fakültəsinin tələbəsi Səiddir. Çox savadlı olmaqla yanaşı çox da yaraşıqlı olan gənc əczaçının tərifi qısa vaxtda bütün məktəbə yayılır. Məktəbli qızlar yaraşıqlı oğlanı görmək məqsədilə yollarını onun dükanından salır amma Səidi maraqlandıran bir nəfər var idi. O Məsumə. 

Roman həyati məğz daşımaqla bərabər İranın inqilabdan əvvəl sonrakı həyatını açıq şəkildə oxucunun diqqətinə çatdırır. Şərq qadının iztirabı mövzusunda oxumaq istəyənlər üçün maraqlı bir mənbə ola bilər.