Qabriel Q.Markes – Polkovnikə məktub yoxdur

Əsər nə olursa olsun. Müəllifi Q.Markesdirsə mən onu oxuyaram – deyənlərə tam səslə qoşuluram. Q.Markesin qələmindən çıxan mistik-magik əsərlər nə köhnəlir nə də insanı boğaza yığır.

Bu həftə “Kitab rəfi”mdə ən sevimli yazıçılarımdan Q.Markes var. Növbəti hədəfim yenidən Q.Markes olacaq. Əsərin ingilis və rus dilləri versiyası çox sadə və çox gözəldir, təəssüf ki, azərbaycan dilində oxuduğum versiyanı yenə də bəyənmədim. Əsərin tərcüməsi azərbaycanm mentalitetinə uyğun olduğu üçün bəzi yerlər ixtisar edilib. Həmçinin tərcümədə Polkovnikin dialoqları nədənsə azaldılıb.

Süjet : Kolumbiyada vətəndaş müharibəsində iştirak edən polkovnik artıq qocalmışdır. Öz xanımı ilə kiçik bir şəhərdə yaşayır. Onların bircə oğulları şəhərdə dava zamanı öldürülür. Kasıbçılıq onları hər şeydən məhrum edir. Polkovnik artıq 15 ildir ki,məktub gözləyir. Gələn poçtalyonun çantasına baxır ki,  bəlkə hökümət ona təqaüd verə. Nədə olsa vətəndaş müharibəsində iştirak edib amma  cavab :

“Polkovnikə heç nə yoxdur”.

Polkovnik arvadının tənqidlərinə baxmayaraq hey gözləyir…

“Qabriel Q.Markes – Polkovnikə məktub yoxdur” üzərinə bir düşüncə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.