Qabriel Q.Markes – “Öz labirintində azmış General”

Alovlu pərəstişkarı olduğum yazıçı Qabriel Markesin növbəti məşhur romanlarından biri olan “Öz labirintində azmış general” – ı nəhayət bu gün başa vurdum. Roman Cənubi Amerika xalqlarının ən böyük qəhrəmanı, dövrünün canlı əfsanəsi General Simon Bolivarın ömrünün son 1 ilini əhatə edir. Artıq inqilab başa çatıb. Müstəqil Kolumbiya və Venesuela dövlətləri suvernelik qazanmışdır. Bunların hamısı cəsur Simon Bolivarın əməyi sayəsində baş vermişdir. 

Lakin artıq o yaşlanıb və qızdırma xəstəliyindən əziyyət çəkir. Dostlarının son günlərindən ondan üz çevirməsi, şəxsi ambisiyaları və qüruru onu daim çətin vəziyyətə qoyur. Əhali arasında populyarlığını günü gündən itiməsi də onun ölümümün sürətləndirən digər səbəblərdən biri olur.

Kitab müəllifin ən yaxşı romanlarından biri hesab edilir. Tarixi janrda yazılıb. Bu janrın həvəskarlarının sevəcəyi bir romandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.