Qriqoriy Petrov – Bəyaz zanbaqlar ölkəsində

1460633170_1460631703_bez-imeni-4Rusiyalı keşiş, kilsə xadimi, maarifçi ziyalı, tərcüməçi Qriqoriy Petrovun müəllifi olduğu Bəyaz Zanbaqlar ölkəsində kitabı Finlandiyanın inkişaf modeli barədə söz açır. Kitab XIX əsrin ikinci yarısında qələmə alınsa da haqqında danışılan məslələlər günümüz dünyasında hələ də çox aktualdır.

Q. Petrov Rusiya İmperiyasının daxili idarəçilik formasını sərt tənqid etdiyinə görə kilsədən qovulmuş və Yuqoslaviya Krallığında siyasi sığınacaq almışdı. Qalan bütün vaxtını səyahətə həsr edən müəllif Finlandiyanı başdan ayağa gəzmiş və finlərin inkişaf modelini tədqiq etməklə məşğul olmuşdu. Nəticədə o kitabında bu modeli detallı şəkildə oxucuya çatdırır. Müəllif finlərin necə bu qədər uğurlu olmasının sirrini açmağa çalışır.

Kitab Rusiyada qadağan edilmiş kitablar siyahısında olsa da on illər ərzində dünyanın bütün əsas dillərinə tərcümə edilmiş, həmçinin Türkiyənin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün şəxsi göstərişi ilə türkcəyə edilmişdi. Kitabı bütün oxucu auditoriyasına tövsiyə edirəm.