Reha Çamuroğlu – “İsmayıl”

Roman Şah İsmayılın həyatından bəhs edir. Əsər Anadolu Ələ­­viliyinin yaranması, Səfəvilərin bir təriqətdən necə dövlət ha­­lına gəlməsinə  işıq salır.

İsmayıl uşaqkən atası Heydərin böyük qardaşı Sultan Əli tə­rə­­fin­dən öldürülməsi nəticəsində erkən yaşda təriqətin başına ke­­­çirilir.

Müəllif Şah İsmayılın duyğularını kitabda belə ifadə edir: «Hə­yatım yuxuda keçdi, yuxularımda Nəsimi, Fəzlullah, Sa­bah, Babam Cüneyd və  atam Heydər gəzib dolaşdı. Nə öyrəndimsə bu yuxulardan öyrəndim. Bunların kimi qılıncla, kimi də odla öl­dürüldü. Kimi də ov heyvanı kimi qovuldu, qaçıb gizlənmək məcburiyyətində qaldı. Artıq fələyin bu oyununu oynamaya­ca­ğam. Ov bitdi, indi ovçu mənəm».

Şah İsmayılın Yavuz Sultan Səlimlə döyüşü, həyat yoldaşı Taclı Xatunun əsir edilməsi, Yavuz Sultan Səlimin Anadoluda minlərlə şiə Qızılbaşı öldürtdürməsi faciələri kitabda öz əksini tapmışdır. Şah İsmayılın iki həyat yoldaşı var. İkisinin də adı Tac­lı Xatun. Əsir edilib nökər olaraq alınan Taclı Xatun İsma­yı­lın ikinci həyat yoldaşı. İlk həyat yoldaşı olan Taclı Xatun İs­ma­yılın dayısı qızı.

«İsmayıl» gözəl, romantik, bəzən kədərli, ümumiyyətlə, ta­rixi hadisələri öz axarı içində izah edən bir kitabdır. Nəcm və Şah İs­mayılın söhbətlərində dini-təsəvvüfi mövzular şərh edilir. Axı­­­­­cı olduğu üçün asanca oxuna bilir.

Türk dilindən tərcümə: Arif Əmrahoğlu,  Paşa Əlioğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.