Rodric Braithwaite – “Afghantsy”

afgan-m_1844694fİngilis əsilli diplomat, araşdırmaçı jurnalist və Böyük Britaniyanın xarici kəşfiyyat xidmətinin rəisi Rodrik Breytvetin “Əfqan” kiabı Əfqanıstanın dövlətçilik tarixinin inkişafı, müstəmləkəçilik müharibələrindən, monarxiyanın süqutu və kommunizmin ölkədə bərqərar olmasından sonra davam edən vətəndaş müharibələrindən söz açır.

Uzun illər Britaniyanın SSRİ-də fövqəladə səfiri olmuş Breytveyt bu illər ərzində SSRİ-nin Əfqanıstan müharibəsi ilə bağlı kifayət qədər material toplamış və bir çox hərbçinin memuarlarına müraciət etmişdi.

Hadisələr kitabda kifayət qədər detallı və hərtərəfli şəkildə təsvir olunmuşdur. Kitabın müsbət cəhətlərindən biri də müharibənin ağır nəticələri neytral mövqedən araşdırılmış və tənqidlərə də yer verilmişdir. Kitab bir neçə dilə tərcümə olunmuşdur.