Səddam Hüseyn – “Zəbibə və Çar”

Zəbibə və Çar

Əsərdə qəbul olunan Çar obrazı Səddam Hüseynin prototipidir. Zəbibə isə gənc Səddamın BƏƏS partiyasının gənc üzvü olarkən sevdiyi qızın proobrazıdır. Əsərdə kənd təbəqəsindən olan Zəbibə ağlı və gözəlliyi ilə Çarın xoşuna gəlir. O qızı öz sarayını gətizdirir, onu öz məsləhətçisi edir. Zamanla Çar qıza aşiq olduğunu hiss etməyə başlayır. Əsas məsələ isə Zəbibənin evli olması idi. Öz kəndində özündən yaşca böyük, kobud bir adamla evli olan Zəbibə öz ərini sevməsə də ona hörmət əlaməti olaraq Çarla xəyanət etməkdən boyun qaçırır.

Bir gün evə qayıdarkən Zəbibə öz həyat yoldaşı tərəfindən qəddarcasına döyülür və zorlanılır. Yaralı halda özünü Çara çatdıran Zəbibə özünü saraya çatdırır. Artıq o Çarın həyat yoldaşının və saray əhlinin də nifrətini qazanmışdır. Zəbibənin ağlı ilə hərəkət edən hökmdar ölkədə islahat aparır amma hakim təbəqə üsyan qaldırır. Üsyan yatırılır, amma Zəbibə ölümcül yaralanır və 1-2 gün sonra vəfat edir.

Hesab olunur ki, realda Səddamın sevgilisi Zəbibə Amerikanın 1991-ci ildə “Səhrada tufan” əməliyyatı zamanı Bağdada düşən bomba ilə həlak olmuşdur. Səddam Hüseynin edamından sonra kitab 2 il ərzində populyar olaraq satış rekordları qırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.