Dr Ala Bəşir – Səddam Hüseyn və yaxın çevrəsi

Keçən həftə Kitab evində yeni bir kitab seçimi etdim.Nəşrini yalan olmasın 1 ildir gözləyirəm. Səddam Hüseynin şəxsi həkimi və ən yaxın dostu olan Doktor Ala Bəşirin müəllifi olduğu “Saddam Hüseynin yaxın ətrafı” əsəri İraqın və Şərqin ən ziddiyətli diktatorlarından biri – Səddam Hüseynin həyatı və onun yaxın ətrafı haqqındadır.

Xüsusilə onun ailə məsələlərini qələmə alan yazar diktatorun oğulları Udey,Kusey,nəvəsi Mustafa,həyat yoldaşı Sacidə Tulfah və digərləri haqda yazılıb. Əsəri hissələrə bölmüşəm.

I Hissə – gənc “Baas” partiyasının üzvü Səddam Hüseyn tələbə vaxtlarından inqilabi hərəkata qoşulur.

II-III hissələr – Kral II Feysəlin ailəsi ilə birgə qətli və general Kasimin hakimiyyəti. İraqın “Kommunist” rejiminə keçid alması

IV hissə – kürəkənlərinin fərarilik edərək İordaniyaya qaçması. 1995-ci ildə Səddamın xahişi ilə geri qayıdan kürəkənlər bir gecə içərisində ailə münaqişəsi zəminində qətlə yetirilər. Müəmmalı “Qara gecə”. Silahların səsi səhərə qədər susmur.

VII hissə – Səddamın Qərblə düşmənçiliyi.İran-İraq müharibəsi. Minlərlə məhv olan əsgər. Küveyt müharibəsi.Bağdadın bombalanması.

2003-cü il. ABŞ-ın Bağdada yürüşü. Səddam Hüseynin son sözləri.

IV hissə – Həsən-əl-Bəkrin vitse-prezident Səddam Hüseyn tərəfindən “istefa”ya göndərilməsi.

V hissə – Səddam Hüseynin diktaturası və hökümət kabinetindəki nazirlərin kiçik səhvlərə görə böyük cəzalara məruz qalması. Ölkədə terror dalğası.

VI hissə – Səddam Hüseynin ailəsi. Sadist xəstəsi olan oğlu Udey ölkədə bütün özəl-dövlət sektorlarını əlinə alır. Ölkədə fahişəliyin artmasına dəstək verir. Atasının ən yaxın köməkçisi Kamel Xannanı zövq üçün küçə ortasında qətlə yetirir. Səddamın çox sevdiyi Əsər ilk əvvəldən çox maraqlı gəlir.

– Mən təcili evimə tələsirdim. Yoldaşımın vəziyyəti məni düşündürürdü. Bağdad bərbad vəziyyətdə idi. Hər yer məhv edilmişdi.ABŞ hava donanmasına heyran olmamaq əlimdə deyildi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.