Samir Kassir – “Being arab”

51+8n5t8rVL._SX325_BO1,204,203,200_Bu həftə rəfimdə maraqlı və hələ də aktuallığını itirməyən bir kitab var. Livanlı məşhur araşdırmaçı – jurnalist, yazıçı, siyasətçi və tarixçi Samir Kassirin “Ərəb olmaq” kitabı esse formatında yazılmış kiçik bir araşdırmadır.

Müəllifin əsas məqsədi Ərəb dünyasının və bütün müsəlmanların əsas probleminin nədə olduğunu ortaya çıxarmağa cəhd edir. İslamın yaranmasından bu günə qədər olan dövrlər ərzində niyə müsəlman dünyası inkişafdan və sivilizasiyadan geri qaldı? Müəllif şəxsi arqumentləri ilə bu suala cavab tapmağa çalışır. Onun fikrincə müsəlmanlar gələcəyə olan inamlarını və imkanlarını artırmaq yerinə “keçmişlə” yaşamağı üstün tuturlar. Onlar Əməvilər və Abbasilər dövründəki qızıl Xilafəti bəröa etmək istəyirlər, halbuki bunun yerinə onlar Qərb modelini tətbiq edərək azad demokratik cəmiyyət qura bilərdilər.

Həmçinin müxtəlif ərəb ölkələrini, sünni – şiə probleminə də toxunan müəllif əslində bu məsələnin nə qədər öldürücü bir problem olmasını ön plana çəkir. Kitab Yaxın Şərqi və onun kökündə duran müəyyən problemləri anlamaq üçün yararlı mənbədir.