Selma Şevkli – “Filistine Gitmek”

filistine-gitmek_avatar_orjDünən Türk əsilli gənc blogger və jurnalist Selma Sevklinin Yaxın Şərqlə bağlı nəşr etdirdiyi oçerklərini oxudum. Kitab “Fələstinə getmək” adlanır və müəllifin bir neçə il ərzində Şərqin münaqişəli ölkələri səyahət edərək topladığı materiallar əsasında formalaşıb.

İlk səyahət İsrail torpaqlarından başlayır. İsrail hökümətinin müsəlmanlara qarşı diskriminasiya siyasəti ətraflı şəkildə təsvir edilir. Müsəlmanların İsrail hava limanında səbəbsiz yerə gözlədilməsi, uzun-uzadı təhlükəsizlik prosedurlarından keçməsi kimi hallar pislənir. Daha sonra Qüds şəhərinə keçən səyyah qədim kilsələrin bu şəhərin həyatında rolundan danışır. Əl-Əqsa məscidininin hazırkı durumunu oxucuya çatdırır.

Növbəti dayanacaq Fələstinin paytaxtı Ramallah şəhəridir. Şəhər heç də mətbuatda və televiziyada göstərildiyi kimi deyil. Çox səliqəli, kifayət qədər inkişaf etmiş və həyatın qaynadığı bir mərkəzdir. Ramallahda hər gün Fələstinli gənclərin İsrail əsgərləri ilə qarşıdurmasından danışılır. Hər gün bir neçə gəncin qətl edildiyi Fələstində insan olmağın çətinliklərindən bəhs edilir.

Sonunda müəllifin də digər qadınlarla birgə qatıldığı velosiped turundan bəhs edilir. “Follow the Women” adlıl velo-tur Livan-İordaniya-Suriya-Fələstin-İsraili əhatə edirdi. Kitabı oxumaq istəyənlər elektron şəkildə sifariş edə bilərlər.