Sergey Şurlov – “ABŞ-ın İraq tələsi”

Sergey ŞurlovBakalavr təhsilmin sonuncu ilində Orta Şərq ölkələrinə olan marağımı daha da intensiv hala salmaq üçün Şərqin diktaturan və hərbi rejimlərini öyrənməyə davam edirəm.

Sergey Şurlovun “ABŞ-ın İraq tələsi” adlı kitabını Moskvada təhsil alan əziz dostum Şəbnəm Muradovanın köməkliyi ilə əldə edə bildim. Kitab ilk olaraq, Amerika hökümətinin gənc və ambisiyalı diktator Səddam Hüseynlə olan dostluq münasibətlərindən, həmçinin İraq kürdlərinin soyqırım məsələsində ona etdikləri “kimyəvi-bioloji” silah yardımlarından söz açılır.

Növbəti hissədə, Küveytin işğalı ilə başlayan “Körfəz böhranı”. Böhran dövründə müttəfiqlərin İraqa daxil olması, dinc əhalinin yaşadığı rayonlara raket zərbələrinin endirilməsi, Şimali Kürdüstanın hökümətə qarşı üsyanı və s. hadisələr xronoloji cəhətdən əksini tapıb.

Kitabda bəzi faktlar qeyri-dəqiq verilib ki, bunlar kitab haqda bir az mənfi rəylər yaradır.

Özlüyündə isə kitab oxumağa dəyər. Bakıda satışda olmadığı üçün Moskvada olan kitab evlərindən sifariş etməlisiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.