Soner Yalçın – “The Özal – Bir davanın öyküsü”

İlk öncə onu deməliyəm ki, Turqut Özal uşaqlığımdan bəri mənim siyasi ideallaarımdan biridir. İstər akademik istərsə də siyasi həyatı ilə daim mənim üçün xüsusi yerlərdən birini tutmuşdur.

“The Özal” kitabı 2001-ci ildə Türkiyəli yazıçı-jurnalist Soner Yalçın (Mehmet Ali Birandla birgə) nəşr edilir və əsas məqsəd Özal dövrü Türkiyəsinin daha yaxından tədqiq edilməsidir. Kitabda Özalın həyatı bir neçə dövrə bölünür. Akademik və müəllimlik həyatı, siyasi arenadakı ilk addımları və Prezidentlik dövrü. Qeyd edim ki, kitabın quruluşu qeyri-adi formadadır. Belə ki, kitab sadəcə şahidlərin dialoqları və Özal haqqındakı şərhlərindən ibarətdir.

Daha sonra Turqut Özalın “Ana Vətən Partiyası”nı qurması, keçmiş və yaxın dostu Süleyman Dəmirəllə münasibətlərinin korlanması dövrlərindən ətraflı bəhs edilir. Özalın Prezident seçilməsindən sonra yeritdiyi iqtisadi islahatlar, onu “Müasir Türkiyənin Memarı” kimi tanınmasına səbəb oldu. Özal SSRİ-nin dağılmasından sonra bölgədə Türkiyənin siyasi nüfuzunun qaldırılması uğrunda böyük addımlar ataraq, AB və ABŞ kimi nəhənglərlə çox yaxın münasibətlər qura bildi.

Buna rəğmən kitab Türkiyə xarici və daxili siyasətini tədqiq edənlər üçün yaxşı mənbə hesab edilə bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.