Stefan Essel – “Hiddətlənin”

Stefan Essel2 gün əvvəl internet elanlarında məşhur fransız diplomatı və pedaqoqu Stefan Esselin yeni yazdığı 32 səhifəlik “Hiddətlənin !” əsərinin bizim dilə tərcümə edildiyini öyrəndim. Xüsusən də “Twitter” üzərindən çox adam bu kitabdan bəhs etdiyi üçün oxumağa qərar verdim.

Stefan Essel Avropada antifaşizm hərəkatının görkəmli fiqurlarından biridir. “Azad Fransa” təşkilatında Şarl de Qolla çiyin-çiyinə mübarizə aparıb və daha sonra Fransanın BMT-dəki nümayəndəsi kimi çalışıb.

Əsəri bir qrup maarifçinin xahişi ilə yazan 93 yaşlı S.Essel kitabda “İnsan hüquqlarına hörmət”, “Fələstin qaçqınlarının məsələsinə”, “Şəxsi inkişafa və hiddətə” toxunur. Ümumilikdə əsər maarifləndirmək məqsədilə yazılıb. Dünyadakı ümumi problemlərin qısa xülasəsi kimi. Bundan əlavə diplomat həyatının ən anlamlı günlərini yad edərək keçmişi bizim günümüzlə müqayisə edir.

Kitab oxunmağa dəyər. “Akademik Kitab Evi”ndə tapa bilərsiniz. Qiyməti 2 AZN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.