Stephen Kinzer – “All the Shah’s men”

downloadBu həftə kitab rəfimdə tanınmış amerikalı tədqiqatçı-jurnalist Stefen Kinzerin “bestseller”-i olan “Şahın bütün adamları” kitabıdır. Kitab, II Dünya müharibəsi sonrasında İranda baş verən siyasi proseslərdən bəhs edir. Qacarlar sülaləsinin fərasətsizliyi ucbatından İran iqtisadi və sosial xaosdan əziyyət çəkirdi. “Anglo-İranian” şirkətinin istismarçı siyasəti nəticəsində İran nefti dünya bazarlarına çıxarılır, lakin İran bundan heç bir iqtisadi fayda götürə bilmirdi.

Kitabın ikinci hissəsi Rza Şah dövründəki hadisələrdən, müharibə dövründə SSRİ və Böyük Britaniyanın İranı işğal etmək niyyətlərindən, sonunda Rza Şahın taxtdan devrilərək yerini oğlu Məhəmməd Rzaya verməsindən bəhs edir. Məhəmməd Rza cəsarətsiz və qətiyyətsiz daxili siyasət nəticəsində əhallini özünə qarşı qaldırmağa müvəffəq olmuşdu.

Nəhayət, hadisələr millətçi və böyük siyasi xadim Məhəmmə Müsəddiqin hakimiyyətə gəlməsi ilə kökündən dəyişdi. Milliləşdirmə siyasəti, Böyük Britaniya ilə düşmənçilik, sanksiyalar və sonunda ABŞ MKİ-nin yardımı ilə həyata keçirilən “AJAX” əməliyyatı. Kitab Yaxın Şərqdə baş verən önəmli geosiyasi hadisələri dərindən dərk etmək istəyənlər üçün əla mənbədir. Kitabı amazon.com-dan sifariş etmək mümkündür.