Valentin Pikul – “3 saatlıq Paris”

BpcT_XTarixi roman janrının ən tanınmış simalarından olan rus yazıçısı Valentin Pikulun “Napoleon erası” haqqında yazdığı əsərlər bu gün də tarix və ədəbiyyat sahəsində ən çox oxunanlar sırasındadır.

3 saatlıq Paris romanı Fransa İmperatoru I Napoleonun 1812-ci il Rusiyaya yürüş dövründən bəhs edir. Fransız əsgərlərinin Moskvaya hücum etdiyi ərəfədə Parisdə İmperatorun qəfil ölümü haqqında şayiələr sürətlə yayılmağa başlayır. Hər kəs bu xəbərin doğru olduğuna inanır və bu dəmdə Paris hərbi qarnizonunun bir qrup yüksək rütbəli zabiti çevriliş edərək Napoleonun bütün sadiq adamlarını həbs edirlər və 3 saatlıq Fransanı respublika elan edirlər. 

Lakin həqiqətdə həlak olmayan Napoleon Moskva ətrafındakı hərbi qərargahında duraraq hücum əmrləri verirdi. Parisdə çevrilişin baş tutduğunu eşidən İmperator orduya xəbər vermədən gizli şəkildə Parisə yola düşür. Gecə-gündüz yol qət edən Napoleon bir neçə günə Parisə çatır və xainlərin həbs edilməsini tələb edir.

Həbs edilən bütün generallar hərbi tribunalın əmri ilə güllələnir. Bir qrup azad düşüncəli və gələcəyi aydın görmək istəyən zabitlərin Napoleonu 3 saatlıq devirməyə müvəffəq olması yazıçı Valentin Pikulə stimul vermiş, yazıçı o dövrün bütün emosiya və duyğularını oxucuya çox uğurla çatdırmışdır.