Veysel Ayhan & Özlem Tur – Lübnan

скачанные файлыTürkiyəli araşdırmaçı jurnalist Dr.Veysel Ayhanın və Orta Doğu Teknik Üniversitetinin (ODTÜ) dosenti Özlem Türün müəllifi olduqları “Lübnan və beynəlxalq əlaqələr sistemi” 2009-cu ildə qələmə alınmışdır. Kitab Livanın yerləşdiyi regiondan, ölkənin regiondakı və beynəlxalq aləmdəki rolundan bəhs edir.

Kitabda eyni zamanda Livanda yaşayan etnik azlıqlar, onların üzləşdiyi diskriminasiya və bəzi dini
qruplaşmaların bu etnoslara etdiyi təzyiqlər aydın şəkildə əksini tapmışdır. Livan ərəb coğrafiyasında plüralist və bir o qədər də sekulyar dövlət olaraq tanınır. Keçmiş fransız koloniyası olan ölkə müstəqillik əldə etdikdən sonra böyük tarixi yol keçmiş, Ərəb oyanışı (1950-ci illər) dövründən bu günə qədər bir çox siyasi qərarların alınmasında iştirak etmişdir.

Kitabda əsas vurğu 2006-cı il İyul müharibəsi üzərinə edilib. İsrail ordusunun Livanın cənub bölgəsinə qanunsuz müdaxiləsinə cavab olaraq bu bölgədə özünə böyük dayaqlar qurmuş radikal şiə təşkilatı Hizbullahın adekvat cavabı ilə nəticələnir. Kitabı “kitapyurdu.com” və ya “İdefix” online mağazaları vasitəsilə sifariş edə bilərsiniz. Satışda artq tapılmır.