Vilayət Quliyev – Baş nazirin xanımı

Vilayət Quliyevin müəllifi olduğu “Baş nazirin xanımı” kitabı özündə Azərbaycan Xalq Cumhuriyyətinin ən önəmli fiqurlarından biri olmuş Nəsib bəy Yusifbəylinin gənclik illərini, onun tələbəlik illəri zamanı Şəfiqə xanım Qaspiralı ilə tanış olduğu dövrləri əhatə edir. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın  tarixə

həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin  öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfi­qə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər  vasitəsi ilə təqdim olunur.

Nəsib bəyin müəmmalı qətli və onun ailəsinin ağır həyatı da müəllifin qələmindən oxucuya çox mahir şəkildə çatdırılıb. Kitabı hər kəsə tövsiyə edirəm