Vladislav Dorofeyev – “Abramoviç Prinsipi. Pul qazanma sənəti”

Hər il “Forbes” jurnalı dünyanın ən varlı adamlarının siyahısını dərc edir və bu siyahıda hər il “Ən varlı Rusiya Oliqarxı” bölməsi də mövcud olur ki, artıq 3 il dalbadal bu bölməyə dünyaca məşhur oliqarx Roman Abramoviç başçılıq edir. Yəhudi əsilli milyarder Roman Abramoviç əslində öz sərvətini zamanında qurduğu “Sibneft” (Sibir Neft) konsorsiumuna  borcludur. Lakin dünya onu əsasən “Çelsi” Futbol klubunun sahibi olaraq tanıyır. 

Vladislas Dorofeyevin bu kitabında oxucu Abramoviçin ağır keçən uşaqlıq və gənclik illəri ilə tanış olduqdan dərhal sonra birdən-birə onun biznes həyatının necə fəallaşması prosesini izləyir. Onu digər oliqarxlardan ayıran əsas xarakter əsla siyasətə qoşulmamasıdır. Məhz buna görə digər milyarderlərdən fərqli olaraq Abramoviç nə Rusiya Prezidenti Borist Yeltsinin nə də indiki Prezident Vladimir Putinin qəzəbina tuş gəlməmişdir.

Kitabda Abramoviçin Sibneft şirkətini qurması, daha sonra şirkətin enerji nəhəngi Gazproma satılması və onun ardınca gələn müxtəlif fırıldaq, qara bazar, vergidən yayınma və s. kimi halların hesabına nə dərəcədə varlandığını və sərvətindən kimlərin əleyhinə istifadə etdiyinin şahidi olacaqsınız. Lakin əvvəlcədən bildirim ki, bu tip

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.