Yasin Altıoğlu – “Beşar Esad Suriyesinde reform”

Yasin AltıoğluYasin Altıoğlunun müəllifi olduğu kitab, Suriya haqqında müəyyən araşdırmaların birləşməsindən ortalığa çıxan bir kitabdır. Kitab 2008-ci ilin nəşridir. Yəni bu kitab hazırlanarkən “Ərəb Baharı” hadisələri start götürməmişdir. Buna baxmayaraq, kitab Suriya rejiminin, xüsusilə də Bəşir Əsəd islahatlarının öyrənilməsində yaxşı vasitə hesab edilə bilər. 

Kitabda çox aktiv şəkildə “Hizbullah”-ın 2000-ci il və 2006-cı ildə İsraillə apardığı müharibə, Livanda vətəndaş müharibəsi ətraflı şəkildə təsvir edilib. Yenə də kitabın çatışmayan cəhətləri, Bəşir Əsəd dövründə Rusiya ilə bağlanan hərbi və iqtisadi müqavilələrdən bəhs edilməməsidir.

Bu mənim 18 gün ərzində Suriya haqda bitirdiyim üçüncü kitabdır. Türkiyə ekspertlərinin hamısının demək olar ki, Orta Şərq mövzusunda çatışmayan cəhətləri, onların heç birinin SSRİ üzrə ekspert olmamasıdır. Çünki Orta Şərq uzun müddət “Kommunist” ideologiyasının yetişdirdiyi adamlar tərəfindən idarə olunan bir region olmuşdur və təbii olaraq da Rusiya ilə çox sıx bağlılıqları olmuşdur.

Kitab Bakıda satışda deyil. İstanbulda da hər mağazada tapılması qeyri-mümkdünr. Çünki 2008-ci ildən bu yana demək olar ki, satışdan çıxmış kitablar siyahısındadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.