Yevgeniy Primakov – “Böyük siyasətdə xatirələr”

Yevgeniy PrimakovSSRİ və Müstəqil Rusiya Federasiyası silsiləsinin davamı olaraq, növbəti bitirdiyim kitab Rusiyanın keçmiş baş naziri Yevgeniy Primakovun memuarları oldu.

Yaşayan əfsanəvi diplomatlar siyahısına daxil olan Y.Primakov SSRİ Xarici İşlər Naziri, SSRİ-nin Şərq siyasətinin banisi onun ardınca yeni Rusiya Federasiyasının Baş Naziri və Xarici İşlər Naziri vəzifələrini tutmuşdu. Tanınmış alim, şərqşünas və diplomat. 

Memuarlar Y.Primakovun SSRI Xarici Işlər Nazirliyinin “Şərq ölkələri şöbəsi”nin rəhbəri təyin olunması ilə başlayır. Daha sonra səyahət etdiyi ölkələrin dövlət başçıları ilə baş tutan görüşlərindən, şəxsi münasibətlərindən söz açır. Mənə görə kitabın ən maraqlı hissəsi keçmiş İraq lideri Səddam Hüseynlə təkbətək söhbətin təsvir olunduğu hissədir.

Müəllifin görüşdüyü siyasi fiqurlar arasında Hüsnü Mübarək, Kral Feysəl, Tansu Çillər, Heydər Əliyev, Mustafa Bərzani, Müəmmar Qəddafi, Nestor Kirşner, Szmyan Tszein ve digərləri var.

Keçmiş SSRİ və indiki Rusiya Federasiyasının Şərq siyasətini öyrənmək və tədqiq etmək istəyənlərə Primakov imzalı kitabları xüsusi tövsiyə edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.