Yevgeniy Primakov – “Yaxın Şərq – pərdə arxası siyasət”

Konfidentsialno._Blizhnij_Vostok_na_stsene_i_za_kulisamiKeçdiyimiz həftələrdə SSRİ dövlət xadimi, Rusiya Federasiyasının keçmiş Baş naziri və Xairici İşlər naziri vəzifələrini icra etmiş, şərqşünas alim – diplomat Y.Primakov vəfat etdi. Bu kontekstdə yeni bitirdiyim kitab yenidən öz aktuallığını qazanmış oldu.

Y.Primakov gənc yaşlarından SSRİ-nin Yaxın Şərq bürosunda işə cəlb edilmiş, “Pravda” qəzetinin müxbiri olmuşdur. 1950-ci illərdən bu günə kimi Ərəb Dünyasında və Afrika qitəsində baş verən bütün mühüm hərbi və siyasi hadisələrin şəxsən şahidi qismində, danışıqlarda, sülh sazişlərinin imzalanmasında bilavasitə mühüm rol oynamağa müvəffəq olmuşdu. Lakin eyni zamanda Primakovun KGB-nin xarici kəşfiyyat şöbəsi ilə olan bağlılığını, Şərqdə “Kürd məsələsi”inin əsasını qoyan bir şəxs olduğunu da göz ardına vurmaq olmaz.

Y.Primakovun Şərqdə keçirdiyi illərindən bəhs edən kitabda Misir Respublikasının qurulması, Livan müharibəsi, Liviya məsələsi, Körfəz müharibəsi, İsrail – Fələstin müharibələri kimi mühüm hadisələrin indiyə kimi dilə gətirilməmiş faktlar üzə çıxır. Bəzi faktların çox şişirdildiyini və onun mövqeyini nəzərə almasaq kitab kifayət qədər dəyərli mənbə hesab edilə bilər.

Müvafiq peşə sahibləri və ya regionun tarixi ilə maraqlananlar üçün kitabı oxumağı tövsiyə edirəm.