Zaid Al-Ali – “İraqın gələcəyi naminə – Neft, terror, korrupsiya və məzhəbçilik”

1Bu gün kitab rəfimin yeni kitabı ərəb əsilli amerikan politoloqu, Yale Universiteti Siyasi Elmlər Departamentinin əməkdaşı Zaid Al-Alinin müəllifi olduğu kitabdır. Kitab yenicə çapdan çıxmış və oxucuların ixtiyarına verilmişdir.

Zaid Al-Alinin ailəsi Səddam Hüseyn rejimi dövründə İraqdan ABŞ-a siyasi mühacirət etmiş tanınmış bir ailədir. ABŞ-da anadan olan Harvard, Princeton və Yale kimi prestijli universitetlərdə təhsil alan müəllif sonralar 2003-cü il İraq müharibəsi zamanı ABŞ Müdafiə Nazirliyi ilə sıx təmasda çalışmış və İraqla bağlı strateji məsləhətlər vermişdi.

Kitabın ilkin fəsli oxucunu qısa şəkildə İraqın siyasi tarixi ilə tanış edir. Müstəmləkə sisteminin çöküşündən Səddam Hüseynin hakimiyyətə gəlməsi dövrünə qədər. Növbəti fəsillərdə isə artıq 2003-cü il müharibəsi, müharibəni zəruri qılmış səbəblər, buraxılan strateji səhvlər göstərilir. Müəllif Qərbi İraqda buraxdığı səhvlərə, və post-müharibə sonrası ölkənin quruculuğuna biganə qalmasına və cürbəcür siyasi avantüralara əl atmasına görə sərt şəkildə tənqid edir.

Kitabın fəsilləri gözlədiyim qədər maraqlı olmasa da IV fəsildə İraqdakı Sünni – Şiə məsələsinin bilinməyən aspektlərini təsvir edilir ki, bu da mənim fikrimcə kitabın ən maraqlı hissəsidir. Kitabı oxumaq istəyənlər Amazon.com vasitəsilə sifariş edə bilərlər.