Albert Kamyü – Yad

Fransız ədəbiyyatının elə də pərəstişkarı deyiləm. Lakin elə istisnalar var ki,onlara “YOX” deyə bilmirsən. J.J.Russo,F.Volter və əlbəttə ki,Albert Kamyü.

A.Kamyü “Ekzesentrializm”in nümayəndəsidir və əsərlərində baş qəhrəmanın hər cür din və əxlaq çərçivələrindən azad olduğunu diqqətə çatdırır.

A.Kamyü bir az gülməli bir az qısa bir az da dindən uzaq cəsur süjet xətti ilə oxuyucunu həyəcanladırmağı əla bacarır.

Oxuduğum “YAD” Povesti gözəl nümunədir. Əsərin rus dilinə orijinal tərcüməsi mükəmməl olsa da bizim dildəki tərcüməsi zəifdir.Tərcümə Əlisa Nicatındır. Müəllif tərcüməni edərkən azərbaycan xalqının mentalitetinin göz önündə bulundurub. Yenə də qənimətdir.

 

Hantinqtonun nəzəriyyəsi

Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.

 

Birinci qrupun fikrincə, Hantinqtonun nəzəriyyəsi soyuq müharibə sonrası dünya siyasətini qavramada «yeni bir paradiqma» vəd edir. Əvvəllər də deyildiyi kimi, Hantinqton, soyuq savaş dönəmində nüfuzlu olan dövlət-mərkəzli realist beynəlxalq münasibətlər teoriyasının müasir dövrdə öz əhəmiyyətini itirdiyini ifadə edib, mədəniyyətlər arası fərqliliklərin regional və qlobal münaqişələrə səbəb olacağını iddia etməkdəydi. Oxumağa davam et Hantinqtonun nəzəriyyəsi

Zbiqnev Bzejinski – Azərbaycan barədə

Azərbaycanda son günlər ciddi problemlərin ,yəni gənclər arasında həyəcanın olduğunu bilirik və gözümüzlə görürük. Bunu bloqumda bir yazı ilə aydınlatmışdım oxucularım üçün. Səbəb kimi də əlbəttə ki, ölkənin neft strategiyasında buraxılan səhvləri göstərmişdim. Polyak əsilli politoloq, siyasətçi,görkəmli diplomat,XX əsrin “Sonuncu Diplomat”ı  kimi tanınan Zbiqnev Bzejinski  diplomatik sahədə ideallardan biri hesab edilir. Onun ” Seçim ” və ya ” İmperializm ” əsərləri mənim çox sevdiyim əsərlərdəndir.

Lakin onun ən məşhur əsəri və diplomatların stolüstü kitabı olan ” Böyük Şahmat lövhəsi : ABŞ hegemoniyası ” əsərini mütaliə zamanı maraqlı bir hissəyə rast gəldim. Orda qeyd edilir: ABŞ üçün hər zaman 3 ölkə əsas olmuşdur: Çin,Ukrayna,Azərbaycan. Azərbaycan niyə ABŞ üçün belə əhəmiyyətlidir? Təbii Azərbaycanın mühüm strateji mərkəz olduğunu və Şərqə açılan Qapı rolu oynadığını heç kim dana bilməz . Bzejinski digər bir səbəb də gətirir. Oxumağa davam et Zbiqnev Bzejinski – Azərbaycan barədə

Corc Oruell – Heyvanıstan

 İngilis yazıçısı Corc Oruellin adı azsaylı Azərbaycan intellektuallarına daha çox “1984″ romanından tanışdır. Lakin Oruell “1984″-dən o qədər də az populyar olmayan başqa bir satirik antiutopiyanın – “Animal farm” – “Heyvanıstan” romanının müəllifidir. Bu əsəri müəyyən mənada həm də yazıçının avtokratiya və totalitar sistemin ümumiləşdirilmiş obrazını yaradan çoxlaylı və monumental “1984″ romanı üçün hazırlıq mərhələsi hesab etmək mümkündür. Oxumağa davam et Corc Oruell – Heyvanıstan

I Aleksandr – Həyatı,hökmranlığı.

 Keçən həftə yeni bir kitabı bitirdim.

Nikolay Şilder – I Aleksandr,həyatı,hökmranlığı.

I Aleksandr Romanovlar nəslində maraqlı şəxsiyyətlərdən biridir.İmperator I Pavelin və imperatriça Mariya    Fyodorovnanın oğlu.Böyük Yekaterinanın sevimli nəvəsi.Aleksandrın taxta çıxdığı dövr artıq Rusiya    imperiyasının başının üstünü qara buludlar alır. Siyasi intriqalar,eşq macəraları,ailə faciələri və mistik  ölüm.Kitab məşhur tarixçi N.Şilder tərəfindən XIX əsrdə qələmə alınır. Maraqlananlar üçün : Kitabın digər cildləri  də mövcuddur.

Oxumağa davam et I Aleksandr – Həyatı,hökmranlığı.

Dr Ala Bəşir – Səddam Hüseyn və yaxın çevrəsi

Keçən həftə Kitab evində yeni bir kitab seçimi etdim.Nəşrini yalan olmasın 1 ildir gözləyirəm. Səddam Hüseynin şəxsi həkimi və ən yaxın dostu olan Doktor Ala Bəşirin müəllifi olduğu “Saddam Hüseynin yaxın ətrafı” əsəri İraqın və Şərqin ən ziddiyətli diktatorlarından biri – Səddam Hüseynin həyatı və onun yaxın ətrafı haqqındadır.

Xüsusilə onun ailə məsələlərini qələmə alan yazar diktatorun oğulları Udey,Kusey,nəvəsi Mustafa,həyat yoldaşı Sacidə Tulfah və digərləri haqda yazılıb. Əsəri hissələrə bölmüşəm.

I Hissə – gənc “Baas” partiyasının üzvü Səddam Hüseyn tələbə vaxtlarından inqilabi hərəkata qoşulur. Oxumağa davam et Dr Ala Bəşir – Səddam Hüseyn və yaxın çevrəsi

Alman Federal Kəşfiyyat Bürosu (BND)

Bu gün Avropanın ən güclü kəşfiyyat və təhlükəsizlik orqanlarından hesab edilən FKB (BND)-nin əsası II Dünya müharibəsindən sonra,Almaniyanın iki hissəyə parçalanması nəticəsində yaranmışdır. Almaniya öz tarixində bu tip kəşfiyyat və təhlükəsizlik xidmətlərinə böyük diqqət ayırırdı. II Fridrixin zamanında artıq Prussiyada gizli polis fəaliyyət göstərirdi. Ölkə daxilində fəaliyyət göstərən anarxistlər dərhal yerindəcə həbs edilir və məsuliyyətə cəlb edilirdi.

Fridrixin apardığı saysız müharibələr nəticəsində o öz ətrafında satqınçılıqdan çox qorxurdu və buna görə də saray əyanlarını belə təqib etdirirdi. Avstriya imperiyasının hazırladığı ciddi təxribatlar məhz onun qurduğu gizli polislərin səyi nəticəsində aşkarlanıb qarşısı alınmışdır. Buna həm də bir neçə sui-qəsd də daxildir. Oxumağa davam et Alman Federal Kəşfiyyat Bürosu (BND)

Stupidity is not a Handicap