Alman Federal Kəşfiyyat Bürosu (BND)

Bu gün Avropanın ən güclü kəşfiyyat və təhlükəsizlik orqanlarından hesab edilən FKB (BND)-nin əsası II Dünya müharibəsindən sonra,Almaniyanın iki hissəyə parçalanması nəticəsində yaranmışdır. Almaniya öz tarixində bu tip kəşfiyyat və təhlükəsizlik xidmətlərinə böyük diqqət ayırırdı. II Fridrixin zamanında artıq Prussiyada gizli polis fəaliyyət göstərirdi. Ölkə daxilində fəaliyyət göstərən anarxistlər dərhal yerindəcə həbs edilir və məsuliyyətə cəlb edilirdi.

Fridrixin apardığı saysız müharibələr nəticəsində o öz ətrafında satqınçılıqdan çox qorxurdu və buna görə də saray əyanlarını belə təqib etdirirdi. Avstriya imperiyasının hazırladığı ciddi təxribatlar məhz onun qurduğu gizli polislərin səyi nəticəsində aşkarlanıb qarşısı alınmışdır. Buna həm də bir neçə sui-qəsd də daxildir.

Fridrixdən sonra Almaniya və almanların “Ata”sı hesab edilən Kansler Otto fon Bismark yaratdığı yeni imperiyada “Hərbi polis” rejimi

qurdu. İmperiyanın daxilində hər hansı təhlükə yaratmağa cəhd edənlər sərt şəkildə cəzalandırılırdı. Kayzer I Vilhelm və nəvəsi II Vilhelm zamanında bu rejim daha da gücləndi. İmperiya daxilində hər cür anarxiyaya qarşı sərt mübarizə gedirdi. I Dünya müharibəsində  bu sayədə ingilislərin ölkəni parçalamaq cəhdi ilk dəfə uğursuzluğa düçar oldu.

III İmperiya dövründə (II Reyx) eyni siyasət yerdilməyə başladı. Böyük Fridrixin (II Fridrix) ən böyük pərəstişkarı olan reyxkansler və fürer Adolf Hitler qurduğu yeni imperiyanın sərhədlərini nə bahasına olursa olsun qorumağa and içmişdi. Qurduğu güclü və nizami ordu sayəsində yeni “Hitler-Yugend” təşkilatı yaradıldı. 13-14 yaşlı uşaqları rejimə sadiq bir əsgər kimi yetişdirən fürer onlardan ibarət xüsusi “SS” ordusu yaratdı. Həm müharibədə həm də imperiya daxilində hərbi-polis rolunu oynayan bu ordu 1940-1945-ci illər ərzində ölkədə və işğal edilmiş ərazilərdə terror dalğası əsdirirdi. “Maydanek” , “Sobiborn” , “Buhenvald” kimi düşərgələrdə hərbi əsərlər ağıla gəlməyəcək işgəncələrə məruz qalırdı. Əksəriyyəti müxtəlif vasitələrlə edam edilirdi.

Bu gün də Almaniya Federativ Respublikası əcdadların siyasətini davam etdirir. FKB (BND) Avropada ən yaxşı təşkilatlanmış kəşfiyyat orqanı hesab edilir. Dünya üzrə 300 filialı fəaliyyət göstərir. 7.500 nəfərlik peşəkar heyəti və ən müasir texnikaya malik olan FKB bu gün ABŞ kəşfiyyat orqanları ilə çox sıx işləyir. Tərkibi 4 şöbədən ibarətdir.

1)Kəşfiyyat. Əks-kəşfiyyat

2)Təhlükəsizlik şöbəsi

3)Xarici şöbə

4) Rabitə və əlaqələndirmə şöbəsi

 

 

“Alman Federal Kəşfiyyat Bürosu (BND)” üzərinə bir düşüncə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.