Layihənin adı: Babilistan

Cerald Bullun silahıSüni Peykləri göy üzünə raket gücü ilə göndərmək əvəzinə onları çox iri bir topla səmaya atəş açaraq göndərmək daha sərfəli olmazdı ?!

Bir zamanlar bu ideya az qala gerçək olacaqdı. “HARP” layihəsinin hərbi ekspertləri artıq bu ideyanı sınaqdan keçirməyə hazırlaşırdılar. Lakin o zamankı Amerika kəşfiyyatı bu silahın hazırlanmasını gələcəkdə dövlətin milli təhlükəsizliyinə böyük təhlükələr törədəcəyinə inanmağa başladılar. Layihə birdən birə dayandırıldı. Proqramın iştirakçıları olan bəzi generallar 1 il içində müəmmalı şəkildə həlak olmağa başladılar. 

İdeyanın müəllifi gənc Kanadalı ixtiraçı və silah mühəndisi Cerald Bull idi. Cerald Bullun öz ideyasını gerçəkləşdirmək istədiyi dövrdə Orta Şərqdə vəziyyət gərgin idi. İsrail dövlətinə qarşı ərəb aqressiyası özünün ən pik nöqtəsində idi. Xüsusilə də o zamanlar ərəb dünyasında ən populyar diktator Səddam Hüseyn özünü qədim Babil çarı “Navuxodonosor” adlandıraraq ibrani dövlətini yer üzündən siləcəyini iddia edirdi. İlk dəfə 1988-ci ildə İraq “Kütləvi qırğın” silahı ideyasını gerçəkləşdirməyə başladı. Avropadan mütəxəssislər dəvət edilirdi. Lakin istənilən nəticə üfüqdə görünmürdü.

İraq ordusu İsraillə ani müharibə üçün sürətlə silahlanmağa davam edirdi. Səddamın ordusu sayın görə dünyada 5-ci yerdə gedirdi. Ölkədə kütləvi zabit kadrları hazırlanırdı. Bütün bunlar həm Orta Şərqin sahibinə çevrilmək həm də ibraniləri sıxışdıraraq yer üzündən silmək idi. Bundan bir müddət sonra İraq özünün “Nüvə silahı” siyasətinə start verəcək və bu layihə “MOSSAD”-ın nəzərindən qaçmayacaq. İsrail təyyarələri ölkənin hava sərhədinin qanunsuz şəkildə pozaraq Bağdad ətrafındakı bütün nüvə reaktorlarının məhv edəcək.

Bu zaman Avropada özünə sponsor tapa bilməyən ixtiraçı Cerald Bull , Səddam Hüseynə öz xidmətlərini təklif etdi. İraq höküməti kanadalı ixtiraçının layihəsini gözdən keçirdi. Hazırlanacaq top yer üzərində görülən ən böyük və ən iri top olacaqdı. Bu topla nəinki İsrailin hərbi bazalarını, hətta birbaşa Təl-Əvivi məhv etmək olardı. Səddam rejimi Cerald Bulla silahı tez zamanda hazırlamağı tapşırır. Təbii ki, İsrail kəşfiyyatı artıq hər şeydən xəbərdar idi. Bu silahın İraqın əlinə düşməsi ibrani dünyasının sonu ola bilərdi. “MOSSAD” “Babilistan” layihəsini təxribatla məhv etmək üçün xüsusi əməliyyata başladı. 1990-cı ilin mart ayında Cerald Bull Belçikada “MOSSAD” agentləri tərəfindən evinin qarşısında öldürüldü. Layihə yarıda kəsildi. İraqa göndərilən silahın hissələri Avropa gömrük xidməti tərəfindən müsadirə olundu.

Bu silahın ölçüsü 350 mm kalibr idi. Əsas hissəsi və ona birləşdirilən iri gövdədən ibarət idi. Gövdənin ölçüsü 600 kq idi. Atış məsafəsi 1000 km-ə qədər idi. Silah üçün nəzərdə tutulan güllənin (kalibrin) ölçüsü 1000 mm idi. 1991-ci il “Körfəz müharibəsi” zamanı silahın qalan hissələri BMT tərəfindən müsadirə olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.