Bildiyimiz təhlükəsizlik anlayışı demək olar ki mövcud deyil

dasdasdasda-768x384

“Bizim bildiyimiz təhlükəsizlik anlayışı demək olar ki mövcud deyil”

Bu sözləri GSR.fm-ə ABŞ-da keçiriləcək Nüvə Sammitinin məqsədi barədə müsahibəsində siyasi araşdırmaçı Fuad Şahbazov deyib:

ABŞ İranı nüvə təhlükəsizliyi sammitinə dəvət etməyib. Bunun səbəbləri nələrdir?

İranın saammitə dəvət edilməməsinin fərqli səbəbləri var. Lakin İranın Vaşinqtondakı nüvə sammitinə dəvət edilməməsinin səbəblərini demək bir qədər çətindir. Vaşinqtonda keçiriləcək sammitin əsas hədəfi gündən günə daha da təhlükəli hal alan qlobal terrorizm məsələsini daha da qabartmaqdır. Bildiyimiz kimi artıq bizim bildiyimiz təhlükəsizlik anlayışı demək olar ki mövcud deyil. Ən böyük dövlətlər belə artıq öz daxilindəki terrorist qruplarla mübarizədə çox çətinlik çəkirlər. Bunun əyani sübutunu Ankara, Brüssel və Lahor hücumlarında görmək mümkün oldu.

Hazırda dünyanın aparıcı güclərini narahat edən məsələ “nüvə terrorudur”. Sammitin məqsədi nüvə silahına malik olan ölkələrlə nüvə obyektlərinin mühafizəsi məsələsini nəzərədən keçirməkdir. brüssel hücumları zamanı belçikanın nüvə reaktoru stansiyasına bir qrup terrorçunun daxil olduğu məlumatı yayıldı ki bu da tək dövlətlərə yox artıq bütün bəşəriyyəti təhlükə altına atır. vaşinqtondakı nüv sammitinin də əsas məqsədi budur. İranln dəvət edilməməsinin əsas səbəbləri bu ölkənin nüvə reaktorlarının təhlükəsizliyinə dair hesabatlarını gizlətməsidir. Nüvə klubu üzvü olan ölkələr (Ş. Koreya istisna olmaqla) nüvə reaktorlarında görülmüş təhlükəsizlik tədbirləri ilə bağlı Beynəlxalq Atom Enerji Agentlyiinə yazılı hesabat vermək öhdəliyi daşıyırlar. İran artıq uzun müddətdir bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırır ki, bu da onun sammitə dəvət edilməməsinin səbəblərindən biridir.

BAEA-nın dəfələrə verdiyi hesabatlarda İranın Buşehr nüvə reaktorunun təhlükəsizliyi ilə bağlı dəfələrlə həycan təbili çalmış lakin rəsmi Tehran hələ də bununla bağlı ciddi tədbir görməmişdir. Həmçinin İran nüvə təhlükəsizliyinə dair 2005-ci il “Nüvə materiallarının fiziki qorunması” haqqında və “Nüvə terrorizminin qarşısının alınması” haqqında beynəlxalq konvensiylarının üzvü deyil ki, bu da əsas səbəblərdən biri kimi göstərilə bilər. Lakin İranın bu sammitə dəvət edilməməsinin mənfi cəhəti ondan ibarətdir ki, digər aparıcı ölkələr nüvə təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılması ilə bağlı təzyiq göstərə bilməyəcəklər.

Bu hal ABŞ İran münasibətlərinin yenidən gərginləşməsinə səbəb ola bilərmi?

İranın dəvət edilməməsini mən ikitərəfli münasibətlərinin korlanması kimi qəbul etmirəm. Çünki rəsmi Tehran hansı səbəblərdən dəvət edilməyini özü də yaxşı bilir, digər tərəfdən isə İran bu məsələ ilə bağlı hələ heç bir rəsmi bəyanatla çıxış etməyib. Ona görə də buna şərh bildirmək daha çətindir. Lakin mən hesab edirəm ki, İranın Nüvə təhlükəsizliyində iştirak etməməsi onun ABŞ-la yaxınlaşma siyasətinə heç bir ciddi mənfi təsir göstərməyəcək