Suriya rejiminin çıxış yolları

HIZBULLAHƏsədin ən yaxın çevrəsində olan adamların son vaxtlar qətlə yetirilməsi proqnoz verməni daha da qəlizləşdirir. Bu Rusiya üçün pis qurtara bilər. Çünki ruslar son dövrlərdə bütün maraqlarını Suriya üzərinə qurublar. Suriyanı ruslar,çərkəslər,druzlar dəstkləyir. Lakin gələn son informasiyalara görə druzlar daha çox neytral mövqeyə keçiblər.

Əsədin çıxış yollarından biri də “Müsəlman qardaşları”nı siyasi ideologiyada bir tərəfdaş kimi bütün bu hadisələrə cəlb edərək onların yardımından istifadə etməkdir.

Bir müddət sonra, böyüyən daxili müharibə ərzində “Müsəlman qardaşları” da bu gedişatı dayandırmaqda çətinlik çəkəcək. Çünki iri daxili müharibələrdə əsas təşəbbüs partizan qruplarını əlinə keçir. Nəzərə alsaq ki, bu müharibəni ən iri vəhhabi qurumları və dövlətləri də himayə edir.

Buna misal olaraq Qətəri misal göstərmək olar. Qətər vəhhabi ölkəsi olsa da, ərazisində amerika gizli kəşfiyyat orqanlarının ən sıx məskunlaşdığı və amerikan hərbi ekspansiyasının ən güclü olduğu region ölkəsidir. Hazırda Qətər ordusunda xidmət edən zabitlərin 70% Amerika gizli kəşfiyyat orqanlarının nümayəndələridir. Səudiyyə Ərəbistanı vəhhabi ideologiyasını maaliyyələşdirən ən böyük dövlətdir.

Onlar “Müsəlman qardaşları”nı demokratik dəyərlərinə görə “kafir” kimi qiymətləndirirlər. Çünki müsəlman qardaşları müasir və modern islam tərəfdarıdırlar. Qadın hüquqları,humanitar yardım və s. Bunları bir növ də “Xaricilər” adlandırırlar. Xarici termini islamda müəyyən bir dövrdən sonra “təhqir” kimi işlədilən bir termindir .

Suriyada Əsədin  dayağı BƏƏS-in əsas isteblişment, intelligent və elita təbəqəsi, həmçinin xarici-sələfi qruplaşmalarıdır. Bu fakt Əsədin sonunda qələbə çalacağına bir ümid yeri ola bilər. Lakin heç gizli deyil ki, Suriya daxilindəki silahlı qruplaşmaları Türkiyə tərəfindən maaliyyələşdirilir.

Baş nazir Ərdoğanın əsas məqsədi daxildə əsil Suriya Azadlıq Ordusunun yaradılmasıdır. Həm də ki, Ərdoğan özü “İhvan” ideolgiyasına sitayiş etdiyi üçün, bu kifayət qədər marginal səslənir. İlk nöbədə “İhvan” ideologiyası intelligetn insanların ideologiyasıdır və hər hansı silahlı toqquşmanı,terror aktlarını inkar edir.

Regionun digər aktoru da İsraildir. Son zamanlar səslənən “İsrail Əsəd rejimini müdafiə edir” şayiələri tamamilə yalandır. Çünki İsrail Əsəd rejiminin devrilməsini dəstəkləyən əsas qüvvədir. Məqsəd HƏMAS-ın dayağını sarsıtmaqdır. Həmçinin İsrailin Suriya ilə birbaşa müharibəsi, məcburən müharibəyə digər böyük düşmən “Hizbullah”ın da müharibəyə cəlb olunması deməkdir. “Hizbullah” isə təbii olaraq İran deməkdir. Diqqətlə düşünsək,burdan bir nəticə çıxır. İsrail Suriyadakı müharibəni Livanın ərazisinə keçirərək həm Əsədi həm də Hizbullahi birdəfəlik məhv etmək istəyir. Bununla da İsrail 2006-cı ildəki rüsvayçı məğlubiyyətinin qisasını almaq məqsədi güdür. “Hizbullah” sadəcə şiə hərəkatı deyil. Bu daha çox Şiə-provoslav hərəkatıdır.

Suriyada digər neytral mövqe digər bir qrup da fələstinlilərdi. 600.000 nəfər fələstinli Əsəd rejiminə qarşı heç bir hərəkatda iştirak etmirlər. Çünki Suriya FAT hərəkatını dəstəkləyən yeganə ərəb ölkələrindən biridir.

Əsədin öz ölkəsini tərk edəcəyi inandırıcı deyil. Lakin onun qələbə çalıb-çalmayacağı da kifayət qədər dumanlıdır. Bəşir Əsəd mülayim insan olsa da onun öz atası – General Hafiz Əsəddən miras aldığı əsas şey cəsarət və soyuqqanlılıq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.