Suriya Kəşfiyyat orqanları (tarixi arayış)

   gerb (1)  Yaxın Şərqdə sürətlə tüğyan edən Ərəb inqilablarının ən yaralı yerinə çevrilən Suriya Ərəb Respublikasının daxilində hələ də davam edən vətəndaş qarşıdurması özünün ən qanlı dövrünü yaşamaqdadır. Orta statistika hesabı ilə 100.000-dən çox insanın həlak olduğu münaqişənin pərdə arxasında “Atlantic Council” araşdırmalar mərkəzinin yayımladığı bülletinlərə görə əsas təşəbbüskarlar müxtəlif kəşfiyyat orqanları durur. Siyahıda bölgənin ən güclü təhlükəsizlik orqanlarının adları çəkilir ki, bunların arasında Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran Respublikası kimi regional aktorlar var. 

     Yuxarıda adları çəkilən oyunçulardan əlavə Suriya BƏƏS rejiminin Hafiz ƏSƏD dövründən bu yana əsası qoyulan və xüsusi islahat və tədbirlərlə yetişdirilən Suriya Kəşfiyyat orqanı “Muhabbarat” və Suriya Milli Qvardiyası da az rol oynamır. 

     Ərəb ölkələrinin təhlükəsizli orqanları öz başlanğıcını I Dünya müharibəsindən sonrakı dövrdə almışdır. Şərqdə Osmanlı İmperasiyasının süqutundan sonra ərəb millətçiliyinin oyanması və bir sıra yeni dövlətlərin meydana gəlməsi ilə siyasi arenaya ambisiyalı gənc ərəb liderlər də çıxmış oldu. Onların arasında Misir lideri Camal Naser, gənc polkovnik Hafiz Əsəd, BƏƏS partiyasının fəal üzvü Səddam Hüseyn, İordaniya Kralı Abdullahın varisi gənc şahzadə Hüseyn, Liviya inqilabını yenicə uğurla sona çatdıran gənc polkovnik Müəmmar Qəddafi və digərləri var idi. 

     Suriya öz müstəqiliyyini 1946-cı ildən qazansa da qeyri-stabil və aqrar ölkə olaraq qalmaqda davam edirdi. Daxildə baş verən çəkişmələr təkcə 4 ildə 22 dövlət çevrilişinə, 5 dövlət çevrilişinə cəhdə səbəb olmuşdu. İsrail ilə müharibədəki uğursuzluqdan sonra imicini tamamilə itirən Suriyada BƏƏS partiyasının dəstklədiyi General Hafiz ƏSƏD hakimiyyəti ələ aldı. Qısa zamanda siyasi rəqiblərini fiziki cəhətdən məhv edən Əsəd özünə möhkəm dayaqlar yaratmaq üçün ölkənin silahlı qüvvələrinin yenidən formalaşdırılması prosesinə başladı. General Mahmud Tlass ilə birlikdə bu işə başlayan gənc lider ilk dəfə rəsmi olaraq Suriya Kəşfiyyat Xidmətinin (Idarat al-Amn al-Amm)   əsasını qoyur. 

    Faşist Almaniyasının məğlubiyyəti ilə Adolf Hitler başda olmaqla bir çox NSDAP partiyası xadimlərinin taleyi naməlum olaraq qalır. Sağ qalanlar dünyanın ucqar nöqtələrinə qaçaraq illərlə saxta adla yaşayaraq yeni həyata başlamış, bəziləri isə sonradan keçirilən xüsusi əməliyyatlarla həbs edilərək, cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuşlar. Bunlardan ən məşhuru isə Nasist Almaniyasında “Yəhudi məsələsi” layihəsinə başçılıq edən SS hərbi xadimi Adolf Eyxman olmuşdur. Uzun müddət Argentinada yaşadıqdan sonra MOSSAD tərəfindən həbs olunaraq Qüdsə gətirilən A.Eyxman edam cəzasına məhkum edilir. 

    Cinayət əməllərindən qaçanlardan biri də haupşturmfürer Alois Brünner olmuşdur.  A.Eyxmanın ən sadiq 0_a0b35_74214100_origkadrlarından olan bu gənc zabit 1945-ci ildə gizlicə ölkənin cənubuna qaçır və bir müddət saxta adla burda yaşayır. Yalanının ifşa olunduğunu görən Brünner yenidən ölkəni tərk edir. Bu dəfə Şərq ölkəsi olan Suriyaya qaçır. Tarixin ironiyası da bundan ibarət olur. Keçmiş SS zabiti Suriya Kəşfiyyat Xidmətinin “atası” adını qazanır. Məhz onun zəngin təcrübələrindən yaranan ərəb hərbçiləri qısa zamanda Suriyanın hərbi kəşfiyyat xidmətini yaradır və onu kifayət qədər aktiv bir quruma çevirə bilirlər. Saxta pasportla Suriya vətəndaşına çevrilən A.Brünnerin izinə ABŞ MKİ xidməti ilə bərabər, KGB, MOSSAD və Fransa təhülkəsizlik orqanları düşmüşdülər. Fransa Respublikası artıq 3 dəfə qiyabi olaraq A.Brünneri ölüm cəzasına məhkum etmişdi. Suriya hakimiyyət orqanları isə hər dəfə sorğu zamanı ölkədə belə bir insanın yaşamadığı haqqında israrlı məlumatlar verirdi. Dəməşqin kənarında bir evdə yaşayan və gecə gündüz mühafizə olunan A.Brünnerə qarşı  dəfə sui qəsd cəhdi olmuşdur ki, bunların ilkində o sol gözünü, ikincisində isə sol əlindəki 4 barmağını itirir. Yalnz bundan sonra onu Latakiya şəhərinə köçürürlər. Köçürmədən sonra A.Brünnerin izi tarixdən birdəfəlik silinir. Bəzi mənbələr onun 1996-cı ildə vəfat etdiyini bildirsə də sonrakı həyatı haqqında heç bir informasiya günümüzədək gəlib çatmamışdır. 

     Suriya kəşfiyyatının yaranmasının II mərhələsi Misir kəşfiyyat xidməti ilə bağlıdır. Fevralın 1-i 1958-ci ildə Misir və Suriya aralarında anlaşma imzalayaraq Birləşmiş Ərəb Respublikasının əsasını qoyurlar və Suriya kəşfiyyat xidmətinin əsas mərkəzi Qahirə şəhərinə köçür. Bu dövr ərzində Suriya kəşfiyyatı “2-ci büro” (hərbi kəşfiyyat), Daxili kəşfiyyat və Ümumtəhlükəsizlik kəşfiyyatı şöbələrindən ibarət olmuşdur. Zamanla Suriyalılar təcrübələrini artırmaq üçün o dövrün ən güclü qurumlarından olan KGB-yə müraciət edirlər. Əlbəttə ki, yeni rejimin sorğusu cavabsız qalmır və 70-80-ci illərdə Dəməşqdə sürətli şəkildə rus hərbçiləri peyda olmağa başlayır. Onların arasında Çində, Vyetnamda, Almaniyada və Yuqoslaviyada vuruşmuş zəngin təcrübəli zabitlər və veteranlar var idi. 

    KGB-nin maddi və texniki yardımı ilə Suriya Kəşfiyyatı yenidən formalaşdırılır və gənc kadlar Moskvada təlim görərək yenidən Dəməşqə göndərilir, digərləri isə sürətləndirilmiş intensiv təlimlərdən keçirilirdi. Mənbələrə görə 3 il ərzində rus kəşfiyyatçıları Suriyada 30.000-dən çox gənc kadr hazırlamışlar. 

DAXİLİ TƏHLÜKƏSİZLİK

     1970-2000-ci illərdə hakimiyyətdə olmuş Hafiz ƏSƏD daxili təhlükəsizliyə də kifayət qədər diqqət ayırırdı. Avtoritatr rejimi siria_spec_fotoayaqda saxlamaq üçün zəruri olan əsas məsələ ölkə daxilində etibarlı və sadiq dayaqlar yaratmaqdır. Bu zərurəti başa düşən Əsəd əvvəlcə bütün dövlət aparatında təmizlik işləri apararaq, etibarlı olmayan sünni-şiə zabitləri işdən kənarlaşdıraraq özünün mənsub olduğu ələvi (və ya nusayri) cərəyanından zabitləri əsas vəzifələrə irəli çəkir. Bununla da bir çox ərəb liderinin səhv etdiyi yerdə Hafiz Əsəd ağıllı tədbir görərək hərbi çevrilişlərə cəhdləri demək olar ki, tamamilə aradan qaldırır. Ölkə lideri kəşfiyyat sistemində köklü dəyişiklilər apararaq müxtəlif şöbələr yaratmış və bu şöbələri bir-birindən asılı vəziyyətə yox birbaşa özünə tabe etmişdi. Beləliklə də kəşfiyyatdan alınan bütün məlumatlar birbaşa onun özünə çatdılır və yerində qərar qəbul edilirdi. 

     2000-ci ildən etibarən bütün daxili kəşfiyyat prezidentin qızı Büşra Əsədin həyat yoldaşı və eyni zamanda kürəkəni Asif Əli Şövkətin əlində cəmlənir. Suriyanın ucqar bir nöqtəsində dünyaya gələn Asif Əli Dəməşq Artilleriya Akademiyasından məzun olmuş və zabit qismində Suriya ordusunda xidmət edirdi. Büşra Əsədlə tanış olduğu zaman artıq evli olan Asif Əli bütün etirazlara baxmayaraq birinci həyat yoldaşından boşanır və Büşra ilə ailə həyatı qurur. Hafiz Əsədin ailəsində bu izdivaca heç də birmənalı yanaşmırdılar. Belə ki, Büşranın bütün qardaşları və anası etiraz etdiyi halda, gələcək prezident, o zamanlar Londonda təhsil alan qardaşı Bəşir Əsəd bacısını dəstəkləyir və zamanla Asif Əli ilə yaxın dostluq münasibətləri qurur. 

MİLLİ QVARDİYA

    135199_original  Suriya Milli Qvardiyası 1976-cu ildə formalaşdırılmışdır. Əsas qayəsi ölkə daxilindəki hər cür təxribat və terror aktına, eləcə də Prezidentə qarşı hər cür silahlı qiyamın qarşını almaqdan ibarətdir. Milli Qvradiya əsasən ələvi gənclər sırasından seçilsə də sünni, şiə və müxtəlif dini inanclardan (hətta Suriyada yaşayan dürzilər, ermənilər, çərkəslər) olan gənclər də bu qurumun sıralarında yer alırdı. Əsas tələb Prezidentə və rejimə loyal olmaq və verilən tapşırığı layiqincə yerinə yetirməkdir.

    Milli Qvardiya 20.000 nəfər əsgərdən ibarət olub Dəməşq şəhəri və ətraf rayonları, ən əsası isə Prezident Sarayını və ailə üzvlərinin mühafizəsindən məsul sayılır. Qurumun idarəsi əvvəlcə Hafiz Əsədin dayısı oğlu general Adnan Maklufa həvalə edilsə də zamanla qurumun rəhbəri prezidentin etibar etdiyi adamlar sırasından xaric olduğu üçün sürgünə göndərilir. Qurumun idarəsi General Ali Həsən Mahmumda həvalə edilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, gələcək prezident Bəşir Əsəd də Suriya Milli Qvardiyasında hərbi xidmət keçmiş və buna görə də zabit – əsgər heyəti arasında kifayət qədər yüksək nüfuza malikdir.