Suriyanın dövlət idarəçilik forması

syria-democracy_2888245b

Suriya Ərəb Respublikası çoxpartiyalı Prezident Respublikası forması ilə idarə edilir. Ölkə çoxpartiyalı sistemlə fəaliyyət göstərir, lakin bütün fəaliyyətdə olan partiyalar “Ərəb Sosialist Dirçəlişi” partiyası (BƏƏS) kursuna sadiq qalacaqları haqda yazılı sənəd imzalamalıdırlar.

Dövlət başçısı Prezidentdir. Namizədlik Xalq məclisi (Məclisi əş Şaab) tərəfindən də təsdiq edildikdən sonra ümumxalq referendumu yolu ilə seçilir. Prezident 7 il müddətinə seçilir. Namizədin dalbadal seçilməsi üçün məhdudiyyət qoyulmur. Prezidentin namizədliyi ölkə konstitusiyasının II bəndinin III maddəsinə əsasən tənzimlənir.

Konstitusiyaya görə prezident müsəlman olmalıdır və müsəlman qadınla evli olmalıdır. Lakin konstitusiya prezidentin hansı məzhəbə aid olması haqda heç bir şey qeyd etmir. Hazırkı prezident Bəşir Əsəd “Ələvi” məzhəbinə mənsubdur.

Parlamentdə yer sayı 250-dir. Sonuncu seçkilər zamanı BƏƏS ilə yanaşı 7 partiya təmsil edilmək hüququ əldə etmişdir. 83 deputat heç bir partiyaya mənsub deyil. Deputatlar birbaşa seçimlə 4 illik müddətinə seçilir. Parlament qanunverici səlahiyyətə malikdir.

Suriyada idarəçilik forması osmanlı,fransız və islam adət-ənənələrinə söykənir. Ölkənin məhkəmə sistemiminin əsasını “İslahm hüququ” təşkil edir. Ağır cinayətlər və cəzalar şəriət qanunları ilə mühakimə edilir. Lakin ölkənin əsas qanunvericiliyini vaxtilə Napaleon Bonapartın özünün tərtib etdiyi qanunlar toplusu təşkil edir.

Məhkəmələr üç ayrı səviyyəyə bölünür: I instansiya məhkəməsi, Apelyasiya məhkəməsi və Konstitusiya məhkəməsi. Sonuncu ən ali instansiya hesab edilir. Konstitusiya məhkəməsi 5 hakimdən ibarətdir və onlardan biri mütləq Suriya Prezidenti olur. Qalan 4 hakim də Prezident tərəfindən təyin edilir.

Bununla da Suriyada faktiki olaraq Prezident həm qanunverici, icraedici və məhkəmə səlahiyyətlərinə malik olur ki, bu da ona mütləq hakimiyyəti təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.