Ümumavropa Təhlükəsizliyi: “Avroatlantizm” böhranı

Son aylarda Avropa Təhülkəsizliyi sahəsində müzakirələr getdikcə intensiv xarakter alır. 2012-ci ilin fevral ayında baş tutan “Münhen təhlükəsizlik konfransı zamanı AB-yə üzv ölkələr “Avroatlantik regionunun təhlükəsizliyinə doğru” adı altında yeni bir sənəd qəbul etdilər.

Bu sənədin qəbul olunmasına əsas səbəb kimi iştirakçı dövlətlər Avroatlantik məkanda inamsızlıq defisitininin artması ilə əsaslandırırdılar. Avropa ölkələri arasında mövcud olmayan sıx birlik və kommunikasiya, həmçinin “Soyuq müharibə” dövrü təfəkkürü sözü gedən ölkələrə vahid bir qüvvə halında çıxış etməyə ciddi əngəl törədir.

Eyni zamanda Münhen görüşündə Rusiyanı təmsil edən Xarici işlər Naziri Sergey Lavrovun Avroatlantika məkanının təhlükəsizliyini tənqid edən bir nitqlə çıxış edərək: “NATO ölkələrini yeni təhlükəsizlik paktının imzalanması” məsələsinə toxundu. Sergey Lavrova görə qəbul ediləcək bu sənəd Avropada istənilən növ “güc” tətbiqini minimuma endirəcək və Avroatlantik məkanda münaqişələrin həlli üçün (ATƏT çərçivəsində) yeni bir mexanizmin yaranmasına şərait yaradacaqdır.

Avropa təhlükəsizliyi məsələsində Rusiyanın aktiv rol oynaması əslində təsadüfi deyil. Əsas səbəb Avropa ölkələrinin öz təhlükəsizliyini təmin etmək iqtidarında olmaması NATO-nun regionda hərbi-siyasi varlığını günbəgün daha da artmasına şərait yaratmasıdır. Buna cavab olaraq o dövrkü Rusiya Prezidenti Dmitriy Medvedev tərəfindən irəli sürülən “Avropa Təhlükəsizlik Müqaviləsi” bu ölkələr tərəfindən qəti şəkildə rəğbətlə qarşılanmamışdı.

Avropa regionunun təhlükəsizlik sistemi haqqında rəsmi Brüssel və Vaşinqton da öz narahatçılıqlarını dəfələrlə dilə gətirmişdilər.

EASİ proqramının rəsmiləri Avroatlantik məkanın təhlükəsizlik probleminin əsas səbəbini “Soyuq müharibə” dövründən qalma stereotiplərdə gördüklərini bəyan etmişdilər. Məhz buna görə də aşağıdakı bəndlərdə təklifilərini dilə gətirirlər:

–         Rusiya və NATO ilə demilitarizasiya edilmiş münasibətlər əsasında yeni Avroatlantika təhlükəsizlik ittifaqının qurulması

–         Nüvə silahı məsələsini yenidən müzakirəyə çıxarmaq və kibertəhlükəsizlik sahəsinə ciddi diqqət ayrılmasına nail olmaq

–         RƏMS sistemi haqqında NATO-nun imzaladığı sənədə yenidən baxılması və Avropadakı bütün RƏMS sistemlərinin mahiyyətinin dəyişdirilməsinə nail olmaq

–         ABŞ-Avropa arasında enerji dialoqlarının daha da intensvi hala salınması

–         Rusiya və NATO arasında keçmiş postsovet məkanında, Kiprdə və Balkanlardakı münaqişələrin həlli məsələsində əməkdaşlığın artırılması

–         NATO və Rusiyanın təsirinin (qarşılıqlı) Arktika bölgəsində fəallaşdırılması

Son 50 il ərzində Avropada təhlükəsizlik sisteminə iki cür yanaşma formalaşmışdır. 1) Atlantik , 2)Avroatlantik.

Atlantik yanaşma, Amerika hərbi-siyasi təsirinin əsasında Avropada yeni bir sistemin qurulması üzərində fokuslaşmışdısa da, Avro-atlantik yanaşma Amerikanın Avropadakı təsiri ilə razılaşır lakin onun hegemoniyasının regionda dərin kök salması ilə barışmaq istəmir.

ABŞ, Böyük Britaniya, Danimarka,Norveç kimi ölkələrin siyasi elitası əsasən Atlantizm yanaşmasının tərəfdarları hesab edilirlər.

2010-cu ildən etibarən isə Avropa avro-atlantizmində renessans dövrü başladı. Prezident Nikolya Sarkozi dövründə Fransa “Qollizm” xəttindən demək olar ki,tamamilə imtina etdi. Fransanın NATO-nun hərbi qanadına qayıtması (2009), Fransa-Britaniya razılaşması (2010) kimi siyasi qərarlar bu ölkənin ABŞ və Britaniyanın Avropadakı ən sıx əməkdaşı olduğunu göstərir.

Həmçinin Avropanın vahidliyinə əngəl törədən digər əsas səbəb pozulan güc balansı məsələsidir. Bu gün Avropa Birliyində Fransa-Almaniya ittifaqına alternativ olaraq Fransa-Britaniya tendemi daha çox gözə çarpmaqdadır. Bu da Avropanı yenidən “Atlantik” köklərinə qayıtmağa məcbur edir.

Bu gün də Amerikanın Avropadan  çıxmaq istəməməsinin səbəbi, bəzi ölkələrin Vaşinqtona rəğmən Moskva ilə baş tuta biləcək (hərbi) əməkdaşlığıdır. Rusiya öz növbəsində tənqid etdiyi Avropa təhlükəsizlik sisteminin zəifliyini 2008-ci ilin avqust ”Gürcüstan böhranı” ərzində dünya ictimaiyyətinə sübut etdiyini iddia edir.

Mənbə: IV Beynəlxalq Respublika Tələbə Elmi Praktik Konfransıdakı çıxışımdan

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.