XİN dəhlizindən qaçış

Arkadiy Şevçenko MKİ (CİA) əməkdaşı ilə1998-ci ilin fevral ayında Nyu Yorkda SSRİ dövrünün ən məşhur siması , SSRİ XİN-nin ən yüksək pillələrinədək çıxmağı bacaran insan – Arkadiy Şevçenko vəfat etdi. Onun haqqında ziddiyətli məlumatlar hələ də müzakirə obyekti olmağa davam edir. Arkadiy Şevçenko 1978-ci ildə BMT Baş Katibinin I müavini təyin edilir. Kommunist ölkəsindən olan bir insan bu tip bir karyera haqda ancaq xəyal qura bilərdi. Lakin bir müddət sonra cənab A.Şevçenko Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) agentləri tərəfindən əməkdaşlığa cəlb edilir. 

Arkadiy XİN-dəki karyerasında tərcüməçi olaraq başlayır. Mükəmməl ingilis dili biliyi sayəsində əvvəl Fedorenko daha sonra Malikin tərcüməçisi kimi xarici səfərlərdə olur. Enerjili və gənc Şevçenko diqqətləri öz üzərinə cəlb etməyi bacarır. Tez zamanda gənc Şevçenko SSRİ-nin Vaşinqtondakı səfiri təyin edilir. Həyat yoldaşı və qızı ilə birgə ABŞ-a köçür. Bəzi mənbələr A.Şevçenkonun tez yüksəlməsinin səbəbi onun həyat yoldaşının Nazir A.Qromıkonun ailəsinə yaxınlığı ilə əlaqələndirirdilər.

Arkadiy Şevçenkonun səfir olduğu dövrlərdə SSRİ ilə münasibətlərdə mülayimləşmə hiss olunmağa başladı. Nazir Qromıko gənc səfiri mükafatlandırmağa qərar verir. O vaxt üçün artıq Şevçenko Amerika Dövlət Departamentinin də maraq dairəsinə düşür. Artıq MKİ agentləri onu evdə, işdə hər yerdə izləməyə başlamışlardı. Təbii , Arkadiya Şevçenko bunu hiss etməyə başlamışdı. Bu günə qədər bilinməyən bir səbəblə A.Şevçenko BMT-nin diplomatlarından biri və çox yaxın dostu Daniel Patriklə bir səmimi söhbət açır :

– Mənim ağlımda bir sual var. Əgər mən SSRİ-dən üz döndərsəm, ABŞ mənə siyasi sığınacaq verər ?

Daniel təəccüblənərək :

– Zarafat eliyirsən ?!. Bu nə deməkdir ?

– Belə şeylə zarafat etmirlər. Mən qərara aldım ki, SSRİ ilə əlaqələrimi kəsim və Amerikada qalım. Mənə kömək edəcəksən?

Daniel Patrik aradakı dostluğun xətrinə ona kömək etməyə razılaşır. Maraqlısı odur ki, niyə Arkadiy Şevçenko ortada heç bir səbəb olmadan belə addım atmağa razılıq verir. Bəlkə, artıq KGB agentlərinin onun MKİ ilə olan əlaqələrini öyrəndiklərini zənn etməyə başlamışdı ? Çünki, KGB və MKİ (CİA) təşkilatlarının və agentlərinin çalışma tərzi demək olar ki, eyni idi.

3 gün sonra BMT-nin kitabxanasında Daniel Patrik ŞEvçenkoya gizli mesaj verir : “Bu gün Vaşinqtondan bir rəsmi səninlə görüşmək üçün gələcək. Siyasi sığınacaqla bağlı o sənə məlumat verəcək”. Sonradan bu cənab Patrik etiraf edəcək : “ABŞ-da Şevçenko düz 32 ay müddətində MKİ (CİA) yə işlədi. Bu informasiyanı ölkədə 5 adam bilirdi. ABŞ Prezidenti, MKİ-nin direktoru, Prezidentin məsləhətçisi, müdafiə naziri və mən”

Bu qərarı verən Şevçenko artıq SSRİ-yə heç bir zaman qayıtmayacağını,  Moskva Universitetini yeni bitirən və XİN-dəki karyerasına yenicə başlayan oğlu Qennadini bir daha görə bilməyəcəyini yaxşı bilirdi. Şevçenkonun evinə agent Conson adlı hündürboy bir gənc gəlir. O diplomatla 2 saat söhbət edir və əmin olmaq istəyir ki, bu şəxsə həqiqətən də ABŞ mühafizə orqanları ilə əməkdaşlıq etmək istəyir. Nəticədə hər iki tərəf razılığa gələ bilir. Arkadiy Şevçenko vətəndaşlıq alır. MKİ ondan SSRİ haqda çox gizli diplomatik sirləri almağa müvəffəq olsa da, Şevçenko heç bir zaman ölkəsinin adına ləkə gətirəcək sirləri ABŞ-a vermədi. Bəlkə də buna görə Moskvada onun oğlu və həyat yoldaşı repressiyadan yaxa qurtara bildilər. Bu gün Sovet İttifaqının ən yüksək rütbəli diplomatının niyə birdən birə ölkəsindən və ideallarından üz döndərdiyi hələ də bir çox araşdırmaçının maraq dairəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.