XX əsrin son “Romantik”i Villi Brandt

Villi Brandt
Villi Brandt

Bir sloqanım var. 30 yaşa qədər ad çıxar ki,30 yaşdan sonra adın sənin üçün işləsin.

XX əsrə mən çox basırıq bir əsr kimi baxıram. Çünki çox vacib və mühüm şəxsiyyətlər yetişib bu əsrdə. Mənim üçün də müəyyənləri say-seçmədir. Biri də qərb müəlliflərinə görə sonuncu romantik – Villi Brandtır. Onun dünyaya gəldiyi şərait belə sonradan diplomatiya arenasında rəqiblərinin onun üzünə vuracağı bir bəhanə olacaq.

Villi Brand və ya əsil adı ilə Herbert Karl qeyri-qanuni uşaq idi. Anası xidmətçi qismində çalışdığı ev sahibindən hamilə qalır və küçəyə atılır. Kiçik bir kənddə məskunlaşan ana oğlu Villini məktəbə yollayır. Qısa zamanda bütün sinif yoldaşlarını ağılda,zəkada üstələyən Villi Sosial-Demokratlar Partiyasına qoşulur. 30-cu illərin sonu Almaniyada Nasional-Sosialist partiya hakimiyyətə gəlir. Villi faşist hakimiyyətini qəbul etmir və Norveçə miqrasiya edir. Yerli qəzetlərdə tənqidi yazılarla məşhurlaşır. Norveç faşist işğalına məruz qalan kimi o İsveçə köç edir.

Stokholmda antifaşist dostu Brumun toyuna qonaq kimi gəlir və onun nişanlısı Rut Xassenə ilk baxışdan aşiq olur. Qız da Villiyə aşiq olur. Sonra hər ikisi öz həyat yoldaşlarını boşayır və ailə həyatı qurur. Bu 33 il davam edəcək bir ailə həyatı idi.

67 yaşında Villi Brandt onu da boşayaraq öz katibəsi Bricit Zeyebarxla ailə həyatı qurur. Sonradan bu qadın gələcək kanslerin dəfn mərasiminə keçmiş arvadı Rutu buraxmayacaq və ərinin gizli sənədlərini dövlətə təhvil verməkdən boyun qaçıracaq.

Villi Brandt parlaq siyasətçi karyerası keçərək millət vəkilliyindən kanslerin I muavini daha sonra 1969-1974-ci iillərdə AFR-in kansleri təyin edilir. Onu digər siyasətçilərdən ayırd edən cəhət onun zamanında SSRİ ilə diplomatik münasibətlərin qurulması oldu.

Polşa səyahətində güllələnən polyak zabitlərinin dəfn edildiyi yerdə və bütün dünyanın canlı izlədiyi bir məqamdə gözlənilməz bir hadisə baş verir. Villi Brandt canlı yayımdaca divarın qarşısında diz çökür və dua etməyə başlayır. Bu gözlənilməz bir hal oldu. Polyak xalqı bu diplomata olan sevgisini artıq gizlətmirdi. Həmin il Kansler “Nobel” mükafatına layiq görülür.

SSRİ ilə olan isti münasibətlər,xüsusilə yoldaş L.Brejnevin Kanslerə olan xüsusi simpatiyası Qərbin xoşuna gəlmir. Kanslerin xalq qarşısnıda nüfuzunun silinməsi üçün planlar qurulmağa başlayır. Bəhanə də tapılır. Kanslerin şəxsi adyutantı Gilmor Giyom ADR agenti yəni SSRİ agenti adı ilə həbs edilir. V.Brandt şoka düşdüyündən tədbir görə bilmir. Xalq onun istefasını tələb edir. Həmin il o istefaya gedir.

Lakin bir müddət sonra hökümət qeyri-rəsmi ondan üzr istəyir. Onun rahat yaşamı üçün hər cür yardımı edir. Ona XX əsrin son romantik diplomatı adlandırırlar. Almaniya üçün elədiklərinin bəhrəsini o qoca yaşlarında xəbərlərdən eşidir. Almaniya birləşərək vahid hala gəlir. Ölümündən sonra vəsiyyəti üzərinə qəbri daşına bu sözlər yazılır “Mən bacardığımı elədim”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.