Zbiqnev Bzejinski – Azərbaycan barədə

Azərbaycanda son günlər ciddi problemlərin ,yəni gənclər arasında həyəcanın olduğunu bilirik və gözümüzlə görürük. Bunu bloqumda bir yazı ilə aydınlatmışdım oxucularım üçün. Səbəb kimi də əlbəttə ki, ölkənin neft strategiyasında buraxılan səhvləri göstərmişdim. Polyak əsilli politoloq, siyasətçi,görkəmli diplomat,XX əsrin “Sonuncu Diplomat”ı  kimi tanınan Zbiqnev Bzejinski  diplomatik sahədə ideallardan biri hesab edilir. Onun ” Seçim ” və ya ” İmperializm ” əsərləri mənim çox sevdiyim əsərlərdəndir.

Lakin onun ən məşhur əsəri və diplomatların stolüstü kitabı olan ” Böyük Şahmat lövhəsi : ABŞ hegemoniyası ” əsərini mütaliə zamanı maraqlı bir hissəyə rast gəldim. Orda qeyd edilir: ABŞ üçün hər zaman 3 ölkə əsas olmuşdur: Çin,Ukrayna,Azərbaycan. Azərbaycan niyə ABŞ üçün belə əhəmiyyətlidir? Təbii Azərbaycanın mühüm strateji mərkəz olduğunu və Şərqə açılan Qapı rolu oynadığını heç kim dana bilməz . Bzejinski digər bir səbəb də gətirir.

Sitat: Azərbaycan Qafqazın mərkəzi olaraq qalmaqdadır. Respublika kifayət qədər iqtisadi potensiala malikdir. Buna görə o Rusiya Federasiyasının (RF) və Amerika Bİrləşmiş Ştatlarının (ABŞ) siyasi intriqaları arasında sıxışıb qalmışdır. Əgər RF bu ölkənin neftini və resurslarını özünə tabe etmək istəyirsə onda RF Azərbaycan Respublikasının müstəqilliyinə son qoymalıdır.  Çünki başqa cür Azərbaycan potensialını heç kimlə bölüşmək niyyətində deyil VƏ MÜSTƏQİL AZƏRBAYCAN VƏ ONUN İQTİSADİYYATI ABŞ-a TABEDİR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.