Qafqazşünas Orxan Qafarlı ilə müsahibə

Orxan Qafarli
Orxan Qafarli

Bloqumun bugünkü qonağı “Strategic Outlook”-un Rusiya və Qafqaz üzrə eksperti, Gürcüstan İlia Universitetinin magistrantı Orxan Qafarlıdır.

Orxan Qafarlı Rusiyanın Qafqaz siyasəti və onun Suriya böhranı haqqındakı sualları cavablandırdı.

1) Vladimir Putinin hakimiyyətə gəlməsi Rusiya xarici siyasətində nə kimi dəyişikliklərə yol açıb və ya açacaq?

– Rusiyada Putinin təkrar hakimiyyəti ilk öncəetmək istədiyi, keçmiş post sovet ölkələri üçün Moskva mərkəzli yeni cazibə mərkəzi –qurmaqdır. Təbii ki, Medvedevin dövrü ilə müqayisə etsək görərik ki, Putinin yeni siyasi xətti daha sərt xarakteri ilə seçilir. Onun hakimiyyətə dönüşü əslində bəzi xarici siyasi məsələlərə pauza verilib yenidən başlandığı dövrdür. Kiçik müqayisə aparsaq görərik ki, daha proaktiv və sərt siyasi xətt yeridilir. Yəni yenicə ortalığa “Avrasiya İttifaqı” ideyası atılıb. Avrasiyaçılıq xəttinin üstünə daha çok aksent edilməsi daha da intensiv hal alacaq. Cənubi Qafqaz ölkələrinin də bu ittifaqa cəlb edilməsi üçün çalışılacaq. Bir neçə ölkə bu ideyanı qəbul etsə də digərləri Qərbə meyil etməyi üstün tutur.

2) Rusiya xarici siyasətini erkən və yeni dövrlərə bölmək olar. 2008 böhranı və 2011-dən sonra. Üstəlik, artıq Rusiyanın “Suriya böhranı” kimi problemi var. Niyə Rusiya Liviyanın bombardman edilməsinə etiraz etmədiyi halda Suriya ilə bağlı məsələdə geri çəkilmək istəmir ?

– Əslində Liviya ilə müqayisə etsək, deyə bilərəm ki,Rusiyanın Suriyada daha cox həm iqtisadi həm də siyasi maraqları var. Sovet dövründə Liviya SSSR ilə daha yaxın idi nəinki müasir Rusiyayla. İndiki Rusiyanın Şərqdə ən yaxın tərəfdaşı kimdir deyə soruşsaq bu təbii ki, İran Suriya olacaq. Rusiyanın Suriyada böyük hərbi maraqlar və sərmayələri var. Həmçinin Suriyada Rusiyanın hərbi nümayəndəliyi mövcuddur ki, bu da Rusiya hərbi olaraq Şərqdə təmsil edən yeganə ölkədir. Bugünkü Suriyada Liviya ssenarisinin təkrarlanması çox vacibdir. Sergey Lavrovun son məqaləsində də biz Suriya ilə bağlı mövqeni görə bilərik. Onun fikrincə Bəşir Əsəd hakimiyyəti ötürməlidir və hərbi müdaxilə nəzərdə tutulmamalıdır. Liviyada buraxdığı səhvləri Rusiya Suriya məsələsində buraxmaq istəmir.. Son hadisələrdə mən hesab edirəm ki,Qərb müəyyən güzəştlər edəcək,çünki son hadisələr göstərdi ki,onlar hərbi müdaxiləyə hazır deyillər.

3) Rusiya-İran münasibətlərinə nəzər salsaq, qeyd eləmək lazımdır ki, Tehran-Moskva arasında hələ də 1943-cü il müqaviləsi qüvvədə bu gün də qalmaqdadır. Sizcə, ani hərbi müdaxilə olarsa Moskva Tehrana hərbi-iqtisadi yardım göstərməyə çəkinəcəkmi, ABŞ-ın İrana təcavüzü nə qədər realdır ?

– Mən Amerika və ya başqa qüvvələrin İrana müdaxiləsinə inanmıram açıqcası. Çünki Amerikanın özünün də hazırda iqtisadi böhranla boğuşması əsas səbəbdir. Əgər Tehrana birbaşa hücum olsa belə Moskva yardım edəcək. İran Yaxın Şərqdə onun birmənalı müttəfiqidir. İlk öncə hücum olsa məncə Rusiya ilk əvvəl Qafqazdakı sərhədlərini gücləndirməli olacaq, amma dediyim kimi, mən İrana qarşı müharibə olacağına inanmağım gəlmir. Ən azı qərb hələ buna hazır deyil. Çünki İran nə qədərdə olmasaYaxın Şərqdə regional güçlərdən biri olaraq qalmaqda davam edir.

4) İrana hücumun qeyri-real olması amerikanların “The Greater Middle East” adlandırdıqları, İraqda düşdükləri bataqlıqla bağlıdır ?

– Əgər hücum olsa belə İran ABŞ üçün görünməmiş bir bataqlıq olacaq. “Böyük Orta Şərq” planı hərbi yaxud iqtisadi və ya siyasi yolla olacaq bu bəlli deyil və bunu proqnoz etmək çox çətindir.

Yeri gəlmişkən, İranın regionda nüve silahi əldə etməkləregional güç olma iddiaları 1979-cu il inqilabından sonra yaranmayıb. Bu pafoslu çıxışlar Şah rejiminin dövründə də var idi.

Digər tərəfdən Həm də ki, Amerika özü siyasi imic cəhətdən kifayət qədət bataqlığa sürüklənib . Məncə İranda rejimin dəyişimi, hərbi müdaxilə variantından daha realdır.

5) Son olaraq, Qarabağda son hadisələr barədə. Bilirsiniz ki,10-15 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər getdi,itkilərimiz oldu. Bəzi politoqlar bu hadisənin Hillari Klintonun adı ilə bağlayır,digər qismi Rusiyanın xəbərdarlığı hesab edir. Sizcə bəs?

– Bu barədə hamı bir şey deyir. Bunu demək çox çətindi. Bunu ABŞ da edə bilər, Rusiya da edə bilər. Əsas odur ki bu hadisələri ortaq mesaj kimi götürmək lazımdır ki, “Qafqazda konflik hər zaman canlana bilər”. Bu hərbi toqquşmala həm də onu göstərdi ki, Azərbaycan ordusu təkbaşına  Ermənistan silahlı qüvvələrini məğlub etmək gücündədir.

Azərbaycanlı ekspertlər bunu Rusiyanın boynuna, erməni politoqlar bunu Amerikanın boynuna qoyur. Həm də ki,əgər H.Klinton Qafqaza xüsusi münaqişə paketi ilə gəlsəydi onda bunu Rusiya işi olduğunu demək olardı, amma bele bir həll paketi və ya yeni yanaşma təqdim edilməyib. Bir şey dəqiqdir ki, Qafqazda münaqişələr çox tez və intensiv şəkildə bərpa oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.