Etiket arxivi: BND

Alman Federal Kəşfiyyat Bürosu (BND)

Bu gün Avropanın ən güclü kəşfiyyat və təhlükəsizlik orqanlarından hesab edilən FKB (BND)-nin əsası II Dünya müharibəsindən sonra,Almaniyanın iki hissəyə parçalanması nəticəsində yaranmışdır. Almaniya öz tarixində bu tip kəşfiyyat və təhlükəsizlik xidmətlərinə böyük diqqət ayırırdı. II Fridrixin zamanında artıq Prussiyada gizli polis fəaliyyət göstərirdi. Ölkə daxilində fəaliyyət göstərən anarxistlər dərhal yerindəcə həbs edilir və məsuliyyətə cəlb edilirdi.

Fridrixin apardığı saysız müharibələr nəticəsində o öz ətrafında satqınçılıqdan çox qorxurdu və buna görə də saray əyanlarını belə təqib etdirirdi. Avstriya imperiyasının hazırladığı ciddi təxribatlar məhz onun qurduğu gizli polislərin səyi nəticəsində aşkarlanıb qarşısı alınmışdır. Buna həm də bir neçə sui-qəsd də daxildir. Oxumağa davam et Alman Federal Kəşfiyyat Bürosu (BND)