Etiket arxivi: Emrah Safa Gürkan – Sultanın Casusları

Emrah Safa Gürkan – Sultanın Casusları

Türkiyəli tarixçi professor, Emrah Safa Gürkanın qələmə aldığı “Sultanın Casusları” kitabı tarixi araşdırma janrında qələmə alınmışdır. Kitab XVI əsrdə Osmanlı İmperiyası ilə Habsburqlar İmperiyasının Avropada və Şimali Afrikada, habelə Aralıq Dənizində yaşadığı qarşıdurmalardan, məşhur dəniz döyüşlərindən və Osmanlı himayəsi altında bu bölgədə dəhşət saçan dəniz quldurlarından – Xeyrəddin Barbaros, Turqut Rəis, Ulu Ali, Həsən Rəis və b. bəhs edir.

Kitabın adından da göründüyü kimi əsər dövrün böyük imperiyaları və onların müxtəlif qitələrdə yaradılan casusluq şəbəkələrinin tarixini oxucuya çatdırır. Oxumağa davam et Emrah Safa Gürkan – Sultanın Casusları