Etiket arxivi: Hantinqtonun nəzəriyyəsi

Hantinqtonun nəzəriyyəsi

Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.

 

Birinci qrupun fikrincə, Hantinqtonun nəzəriyyəsi soyuq müharibə sonrası dünya siyasətini qavramada «yeni bir paradiqma» vəd edir. Əvvəllər də deyildiyi kimi, Hantinqton, soyuq savaş dönəmində nüfuzlu olan dövlət-mərkəzli realist beynəlxalq münasibətlər teoriyasının müasir dövrdə öz əhəmiyyətini itirdiyini ifadə edib, mədəniyyətlər arası fərqliliklərin regional və qlobal münaqişələrə səbəb olacağını iddia etməkdəydi. Oxumağa davam et Hantinqtonun nəzəriyyəsi