Etiket arxivi: İraq “BƏƏS” partiyası Kral Feysəl Suriya İraq Nuri əl Səid Əbdülkərim Qasim Arif Əbdül Səlam Həsən əl Bəkr

İraq “BƏƏS” partiyası

Yaxın Şərqin müasir siyasi xəritəsinin I Dünya Müharibəsindən sonra müstəmləkəçi imperialist rejimlər tərəfindən hazırlanması nəticəsində Ərəblər arasında populyar olan Haşimilər nəslinin nümayəndəsi Feysəl, I Feysəl adı ilə İraq-Suriya krallığının mütləq monarxı təyin edilir.

Feysəlin bunun müqabilində müstəmləkəçi rejimlərin ordusunda Osmanlı hakimiyyətinə qarşı vuruşması bu gün də bir çox tarixçi alim tərəfindən birmənalı qarşılanmır. Bir çoxlarına görə müsəlman olan tayfa başçısının Avropadan gələn insanlarla birgə öz din qardaşı olan Osmanlı hakimiyyətinə qarşı qılınc çəkməsi tənqid olunan bir fikir olsa da, buna sosioloji qiymət vermək də zəruridir. Belə ki, Feysəlin ilk dəfə Suriya-İraq monarxı elan edilmləsi ilə “Ərəb dirçəlişi”nin (oyanışı) növbəti mərhələsi başa çatmış oldu. 

Birləşmiş Suriya-İraq krallığının varlığı elə də uzun çəkmir. Suriyanın strateji ərazilərini itirmək niyyətində olmayan Fransa öz ordularını bura yeridərək, dəvə üzərində soyuq silahla silahlanmış bədəvi ordularını asanlıqla məğlub edərək onları şərqə sıxışdırır. Oxumağa davam et İraq “BƏƏS” partiyası