Etiket arxivi: KGB ÇK Dzerjinskiy Stalin II Nikolay Kayzer

SSRİ-nin kölgəsi: “Fövqəladə Komissiya”

Başlanğıc və doğuluş

1914-cü il, Rusiya İmperiyası hələ də dünyanın ən böyük imperiyası statusunu qorumağa davam edir. Hakimiyyətdə Çar II Nikolaydır. Çar Nikolayın adı Rusiya İmperiyasının sürətlə zirvəyə qalxması və sonda hüznlü parçalanması ilə sıx bağlıdır. Alman İmperatorunun yüksək ambisiyaları ucbatından başlayan müharibənin ilk ayları heç kimin gözləmədiyi şəkildə davam etməkdə idi. Rusiya ordusu güclü müqavimətlə Polşanı tamamilə azad etmiş və Almanları Baltikyanı ölkələrə doğru sıxışdırmağa davam edirdi.

Böyük uğurlara rəğmən ölkənin daxilində hər şey daha fərqli idi. Fəallaşan sosialistlər Leninin başçılığı ilə mitinq keçirir, digər qüvvə olan eserlər isə aktiv şəkildə terrordan istifadə etməyə davam edirdilər. Təkcə 1910-1914-cü illər arasında Rusiya İmperiyasında 8-dən çox nazir, 3 Knyaz, 5 İmperator ailəsi mənsubu və 2 General eser terror dalğasının qurbanına çevrilmişdi. Sosialistləri digər qüvvələrdən fərqləndirən cəhət onların sıralarında Lev Trotskiy kimi bir fiqurun olması idi. Oxumağa davam et SSRİ-nin kölgəsi: “Fövqəladə Komissiya”