Etiket arxivi: KQB və DİN qarşıdurması. Nikolay Şolokov islahatları

KQB və DİN qarşıdurması. Nikolay Şolokov islahatları

“Onu dövlət təhlükəsizlik orqanların qarşıdurması məhv elədi.. “

  Nikolay Şolokov  ”Hər şey 1980-ci ilin 26 dekabrı günü başladı. KGB baş mayoru Vyaçeslav Afanasyev bayram münasibətilə evə tələsirdi. Əlində vodka şüşəsi və kolbasa var idi. Mayor iş yerindən çıxaraq metroya tərəf gedir və “Jdanosvkaya” stansiyasına qədər metroda yuxuya gedir. Həmin vaxt ona başından küt bir alətlə 2 nəfər quldur zərbə endirir. Arqument kimi onlar “ac olduqlarını” bildirirlər. Lakin bir problem var. Bu 2 nəfər sadə quldur yox, SSRİ Daxili İşlər Nazirliyinin iki əməkdaşı idi. Məhz bu hadisədən sonra, SSRİ-nin tənəzzülünü sürətləndirən KGB-MVD (DİN) qarşıdurması başlayır, buna Andropov-Şolokov qarşıdurması adını da vermək olar.

   Nikolay Şolokov, “yuxarılarda”kı karyerasına 12 yaşında olarkən başlamışdı. Əvvəlcə bir inşaatda fəhlə olan cavan oğlan, təsadüfən özünə yeni dost tapır. Dostu, gələcək SSRİ KP MK-nın Baş Katibi, Leonid Brejnev idi. Onların dostluğu sonuna qədər mehriban və səmimi mühitdə davam edəcək. İdarəçilik qabiliyyəti yüksək olan Şolokov tez zamanda partiyada vəzifə sahibinə çevrilir. Dneprepetrovsk mərkəzi komitəsinin sədri təyin edilir. Leonid Brejnev baş katib seçildikdə öz sadiq və vəfalı dostunu xatırlayır. Oxumağa davam et KQB və DİN qarşıdurması. Nikolay Şolokov islahatları